Rayon prokurorluqları

XƏBƏRLƏR

01.07.2009

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilmişdir

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilmişdir

İyunun 30-da Baş Prokurorluqda Respublika Hərbi Prokurorluğu və Bakı Şəhər Prokurorluğunun rəhbər heyətinin iştirakı ilə “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının icrası ilə bağlı prokurorluq orqanları qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

>Davamı

19.06.2009

“Insan və vətəndaş hüquq və azadliqlarinin qorunmasi Azərbaycan Prokurorluğunun fəaliyyətinin prioritet istiqamətidir” mövzusunda seminar

İyunun 18-də Baş Prokurorluğun Kadrlar İdarəsinin Tədris Mərkəzində “İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması Azərbaycan Prokurorluğunun fəaliyyətinin prioritet istiqamətidir” mövzusunda seminar keçirilmişdir.

>Davamı

27.05.2009

Baş Prokurorluqda Türkiyə Ali Hərbi Məhkəməsinin sədri Ahmet Alkışın rəhbərlik etdiyi nümayəndə heyəti qəbul edilmişdir

Ölkəmizdə səfərdə olan Türkiyə Ali Hərbi Məhkəməsinin sədri Ahmet Alkışın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 26-da Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovla görüşmüşdür.

>Davamı

19.05.2009

Azərbaycan Respublikasının Baş Prokurorluğu işə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş (23 noyabr 2007-ci il tarixli Fərmanla edilmiş dəyişikliklərlə) «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 60 ştat vahidi üzrə müsabiqə elan edir.

>Davamı

14.05.2009

Baş Prokurorluqda Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkərin rəhbərlik etdiyi nümayəndə heyəti qəbul edilmişdir

Mayın 13-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

>Davamı
arxiv
H.Aliyev



MƏTBUAT XIDMƏTİNİN MƏLUMATI

22.06.2009

Dövlət Sərhəd Xidməti və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatı

Cari il iyunun 18-də saat 22.45 radələrində Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki şəxsin Azərbaycandan İran istiqamətində dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçməyə cəhd göstərməsinin qarşısının alınması zamanı sərhəd naryadına qarşı 2 əl qumbarası atılmaqla silahlı müqavimət göstərilmişdir.

>Davamı

20.06.2009

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatı

Сari il aprelin 30-da Dövlət Neft Akademiyasında insanların xüsusi amansızlıqla öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər davam etdirilmişdir.

>Davamı

18.06.2009

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatı

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı iqtisadi, siyasi, hüquqi islahatlar, sosial yönümlü dövlət proqramları, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi və xalqımızın maddi rifah halının yaxşılaşdırılması, o cümlədən müasir tələblərə cavab verən təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin və digər sosial obyektlərin yaradılması istiqamətində görülmüş möhtəşəm işlər əldə edilmiş nailiyyətlərin əsasını təşkil etmişdir.

>Davamı

11.06.2009

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatı

“Azəri-Press” İnformasiya Agentliyinin (APA) iyunun 8-də yaydığı “Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini, keçmiş polis rəisi və daha bir neçə yüksək vəzifəli şəxs istintaqa cəlb olunub” başlıqlı məlumatda həqiqətə uyğun olmayan informasiyalar verildiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur.

>Davamı

29.05.2009

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatı

Respublikanın hüquq mühafizə orqanları tərəfindən ölkədə kriminogen duruma nəzarət olunması, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması, cinayət törədərək istintaqdan yayınan şəxslərin tutulması istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

>Davamı
arxiv