2 sentyabr 2010-cu il tarixdə saat 21:00 radələrində 1990-cı il təvəllüdlü Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yaşamış Məmmədov İnqilab Əli oğlunun bıçaq yarası ilə 3 saylı şəhər Kliniki xəstəxanasına aparılarkən yolda ölməsi barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan mətbəx bıçağı götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Sentyabrın 2-də saat 23:10-da Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Seyidov Asif Əlislam oğlunun qəsdən öldürülməsi ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsindən daxil olmuş məlumat əsasında şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto və videoçəkilişlər aparılmaqla baxış keçirilmiş, meyitin döş qəfəsinin ön səthində kəsici-deşici alətlə yetirilməyə xarakterik olan bir ədəd xəsarət aşkar edilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Avqustun 30-da saat 01:10 radələrində Astara rayonunun Şahağacı kənd sakini, 1954-cü il təvəllüdlü Aslanova Hökümə Mürvət qızının rayonun Səncərədi kənd sakini, 1983-cü il təvəllüdlü kürəkəni - Bağırov Sərxan Sultan oğlu tərəfindən qəsdən öldürülməsi ilə əlaqədar rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bir ədəd balta götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Avqustun 25-də saat 00:10 radələrində Kürdəmir rayonunun Muradxan kənd sakini, 1977-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Abdullayev Ruslan İnqilab oğlu yaşadığı evin qarşısında ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı atası – 1939-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Abdullayev İnqilab Abdulla oğlunu mətbəx bıçağı ilə kürək nahiyyəsindən bir zərbə vuraraq qəsdən öldürmüşdür.
22 avqust 2010-cu il tarixdə saat 01:20 radələrində Bakı şəhər sakini Allahverdiyev İsmayıl Nuruş oğlunun, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, ev 2, mənzil 10-da qəsdən öldürülməsi barədə Yasamal rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüşdür.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Şükürov Azər Əkbər oğlunun direktoru olduğu Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 21 saylı ünvanda fəaliyyət göstərən “AER” firmasında dondurma məhsullarının istehsalı və satışının qanunauyğunluğunun yoxlanılması zamanı aşkar edilmiş qanun pozutuları ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.2, 200.2.3 və 308.1-ci maddələri ilə cinayət işinin başlanması barədə İqtisadi İnkişaf Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən 6 iyul 2010-cu il tarixdə birgə məlumat verilmişdir.
15 iyun 2010-cu il tarixdə saat 04 radələrində iki naməlum şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Kommuna küçəsi 1 saylı evdə yaşayan, 1971-ci il təvəllüdlü Şeydabəyov İlqar Əzizağa oğlunu yaşadığı evdə yatdığı vəziyyətdə bıçaqla bir neçə dəfə vurub qəsdən öldürmüş, səs-küyə oyanan arvadı Bikəxanım Şeydabəyovaya bıçaqla bir neçə xəsarət yetirərək onu da öldürməyə cəhd etmişlər.
2010-cu il mayın 28-də Şamaxı rayon sakini, 1969-cu il təvəllüdlü Tahir Məmmədov Abşeron RPŞ-yə gələrək bir gün əvvəl – mayın 27-də Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində yerləşən “Holland-Aktiv” şirkətinin müdiri Nasir adlı şəxsi qətlə yetirdiyi barədə məlumat vermişdir.
| MEQA şirkətinin istehsalı | © 2007, Azərbaycan Respublikası Baş Prokurorluğu Bütün hüquqları qorunur. E-poçt: info@genprosecutor.gov.az |
Ünvan: Nigar Rəfibəyli küç. 7
Bakı, AZ1001, Azərbaycan
Telefon: (99412) 4923032 Faks: (99412) 4930335 |