Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş (23 noyabr 2007-ci il tarixli Fərmanla edilmiş dəyişikliklərlə) «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 60 ştat vahidi üzrə müsabiqə elan edir.
Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər:
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və söhbətdən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcəkdir.
Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, onların ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, seçkilərdə iştirak etmək hüququ olmalıdır.
Prokurorluğa işə sənədlərini verənədək 30 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.
«Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən Prokurorluğa işə qəbul edilmirlər:
- ikili vətəndaşlığı olan şəxslər;
- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
- din xadimləri;
- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər;
- əvvəllər məhkum olunmuş və ya bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
- qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırış yaşlı vətəndaşlar. Müsabiqənin test imtahanının tarixi, imtahan sualları, onların hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə mətbuatda, internetdə (www.genprosecutor.gov.az) və Baş Prokurorluğun Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə elan veriləcəkdir.
Sənədlər Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7 №-li binada Baş Prokurorluğun inzibati binasının Qəbul otağında 18 sentyabr 2009-cu il tarixə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09.30-dan saat 17.30-dək qəbul olunacaqdır.
Əlavə məlumat almaq üçün 492-63-62, 492-74-32, 492-62-23, 492-39-95 nömrəli telefonlarla müraciət etmək olar.
| MEQA şirkətinin istehsalı | © 2007, Azərbaycan Respublikası Baş Prokurorluğu Bütün hüquqları qorunur. E-poçt: info@genprosecutor.gov.az |
Ünvan: Nigar Rəfibəyli küç. 7
Bakı, AZ1001, Azərbaycan
Telefon: (99412) 4923032 Faks: (99412) 4930335 |