2007-ci ilin yekunlarına Əsasən «Azərbaycan
Prokurorluğu» jurnalı «İlin Hüquq Jurnalı» nominasiyasının yeganə qalibi olmuşdur

2003-cü ilin may ayından təsis edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun elmi-praktiki mətbu orqanı olan «Azərbaycan Prokurorluğu» jurnalının prokurorluğun gündəlik həyatındakı yenilikləri, aparılan islahatların gedişini hüquq ictimaiyyətini məlumatlandırmasında rolu təqdirəlayiqdir. Mətbu orqanımız bunlarla yanaşı, prokurorluğun işinin təşkilinin elmi əsaslarını təbliğ etmək, nəzəri problemlərə diqqəti artırmaq, prokurorluğun beynəlxalq əlaqələrini, qanunvericilikdəki yenilikləri müntəzəm izləmələri və qanunvericiliyin təkmilləşdirilməsində hüquqşünasların fəal iştirakını təmin etmək və qarşıya qoyulan digər məqsədlərə nail olmaq sahəsində fəaliyyətini daha da artırır.
Bu günlərdə «Azərbaycan Prokurorluğu» jurnalının 19-cu sayı işıq üzü görür. Jurnalın ilk saylarında əsasən prokurorluğun fəaliyyəti, beynəlxalq əlaqələri və Baş Prokurorluqda keçirilən müxtəlif tədbirləri özündə əks etdirən sənədlər üstünlük təşkil etsə də, son vaxtlar mətbu orqanımız oxucuların görüşünə hər bir hüquqşünasın nəzəri və təcrübi fəaliyyətində əhəmiyyət kəsb edəcək müxtəlif rubrika və materiallarla gəlir.
«Azərbaycan Prokurorluğu» jurnalı ölkəmizin hüquq jurnalistikasında həm də xüsusi çəkisi ilə fərqlənir. Mətbu orqanımızın səhifələrində hər bir hüquqşünasın marağına və praktiki fəaliyyətinə səbəb ola biləcək «Elmi məqalələr», «İstintaq təcrübəsi», «İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ» kimi daimi fəaliyyət göstərən rubrikalar fəaliyyət göstərir.
Jurnalımızın «Rəsmi sənədlər» rubrikasında beynəlxalq və milli qanunvericilikdə yenilikləri qısa və effektli şəkildə oxucuların diqqətinə çatdıran «Bizim icmal» məcmusu uğurlu bir layihədir. Qeyd etmək lazımdır ki, müxtəlif hüquq ədəbiyyatlarında ayrı-ayrı normativ hüquqi aktlar ətrafında müxtəlif şərh və hüquqşünas mövqeyi dərc edilsə də, hüquqşünaslar üçün daha çox əhəmiyyət kəsb edən qanunların, fərman və sərəncamların, həmçinin beynəlxalq konvensiya və digər sənədlərin müntəzəm qaydada icmalının verilməsi prokurorluq əməkdaşlarının qanunvericilikdəki yenilikləri izləməsinə şərait yaradır.
Son dövrdə jurnalın nəşri işinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, jurnalın son saylarının həcmi isə 80 səhifədən 92 səhifəyədək artırılmışdır. Bunlarla yanaşı, jurnalın prokurorluğun bütün struktur qurumlarına və prokurorluğun veteranlarına göndərilməsi işinin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər də həyata keçirilmişdir. Bundan əlavə, təsis olduğu vaxtdan jurnalın ilk on sayı 500 tirajla nəşr edilmişdir. 2006-cı ildən etibarən isə mətbu orqanımızın sayı 1000 tiraja çatdırılmışdır. Hazırda isə jurnalımız 1150 tirajla dərc edilir.
Bu günlərdə Azərbaycan Respublikası Prokurorluğunun mətbu orqanı olan «Azərbaycan Prokurorluğu» jurnalı Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən aparılan sorğuların nəticələrinə müvafiq olaraq 2007-ci il üzrə «İlin Hüquq Jurnalı» nominasiyasının yeganə qalibi olmuşdur.
Bu məqsədlə 30 yanvar 2008-ci il tarixdə HYATT PARK otelində təntənəli təqdimat mərasimi təşkil edilmişdir.
Dəvət əsasında tədbirdə Hüquqi təminat şöbəsinin rəis müavini vəzifələrini icra edən Natiq Hüseynov və Hüquqi təminat şöbəsinin böyük prokuroru Rəşad Qasımov iştirak etmişdir.
Mərasimdə qısa nitqlə çıxış edən Rəşad Qasımov nominasiyanı təsis etdiyinə görə Avrasiya Hüquqşünaslar Assosiasiyasının rəhbərliyinə minnətdarlıq bildirmiş və jurnalın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Daha sonra «Azərbaycan Prokurorluğu» jurnalının məsul katibi kimi Rəşad Qasımova təntənəli şəkildə «İlin Hüquq Jurnalı» nominasiyasının qalibi olmasını əks etdirən nəfis tərtibatlı plaket təqdim edilmişdir.

| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 4 (28) Oktyabr-Dekabr 2009-cu il |
Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 3 (27) İyul-Sentyabr 2009-cu il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 2 (26) Aprel-İyun 2009-cu il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 1 (25) Yanvar-Mart 2009-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 4 (22) Oktyabr-Dekabr 2008-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Xüsusi Buraxılış Oktyabr 2008-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 3 (21) İyul-Sentyabr 2008-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 2 (20) Aprel-İyul 2008-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Xüsusi Buraxılış May 2008-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 1 (19) Yanvar-Mart 2008-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 4 (18) Oktyabr-Dekabr 2007-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 3 (17) İyul-Sentyabr 2007-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 2 (16) Aprel-İyun 2007-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 1 (15) Yanvar-Mart 2007-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 4 (14) Oktyabr-Dekabr 2006-cı il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 3 (13) İyul-Sentyabr 2006-cı il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 2 (12) Aprel-İyun 2006-cı il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 1 (11) Yanvar-Mart 2006-cı il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 4 (10) Oktyabr-Dekabr 2005-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 3 (9) İyul-Sentyabr 2005-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 2 (8) Aprel-İyun 2005-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 1 (7) Yanvar-Mart 2005-ci il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 4 (6) Oktyabr-Dekabr 2004-cü il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 3 (5) İyul-Sentyabr 2004-cü il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 2 (4) Aprel-İyun 2004-cü il |
| Azərbaycan Prokurorluğu Elmi-praktik jurnalı Nömrə 1 (3) Yanvar-Mart 2004-cü il |
| MEQA şirkətinin istehsalı | © 2007, Azərbaycan Respublikası Baş Prokurorluğu Bütün hüquqları qorunur. E-poçt: info@genprosecutor.gov.az |
Ünvan: Nigar Rəfibəyli küç. 7
Bakı, AZ1001, Azərbaycan
Telefon: (99412) 4923032 Faks: (99412) 4930335 |