Sayt üzrə axtarış

















Tabe prokurorluqlar





















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin:





Əsas səhifə / Azərbaycan Prokurorluğu /Kollegiya

Kollegiya

Azərbaycan Respublikası Baş Prokurorluğunun kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prokurorluğunun işinin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması, rəhbərlikdə kollegiallığın təmin edilməsi və qəbul edilmiş qərarların icrasına nəzarətin gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Baş Prokurorluğunun kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri:
Azərbaycan Respublikasının Baş prokuroru

Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
Azərbaycan Respublikası Baş prokurorunun müavini
Azərbaycan Respublikasının hərbi prokuroru - Azərbaycan Respublikası Baş prokurorunun müavini
Naxçıvan Muxtar Respublikasının prokuroru
Bakı şəhər prokuroru
Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat-analitik idarəsinin rəisi
Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisi
Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi


2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Heydər  ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2001-ci il
â„– 746


«Azərbaycan Respublikası Baş Prokurorluğu kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli, 746 nömrəli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


1. «Azərbaycan Respublikası Baş Prokurorluğu kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli, 746 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, â„– 6, maddə 429) 1-ci bəndində «Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisi» sözlərindən sonra «Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi» və «Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi» sözləri əlavə edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 29 sentyabr 2006-cı il
â„– 1709