Sayt üzrə axtarış













Tabe prokurorluqlar





















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin:





Əsas səhifə / Baş Prokurorluğun struktur qurumları /Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi

Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi

Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi

Ünvan: AZ 1003, Bakı şəhəri, Azadlıq prospekti, 22

Rəis – Əhmədov Eldar İbad oğlu
Tel: 441-36-02
E-poçt ünvanı: e.ahmedov@prosecutor.gov.az

Kriminalistika şöbəsi

Rəis - İbayev Pərviz Mansur oğlu
Tel: 440-79-61
E-poçt ünvanı: p.ibayev@prosecutor.gov.az 

Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəqil struktur qurumu olmaqla cinayət təqibini qanunçuluğa və Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarına dönmədən əməl edərək tam, hərtərəfli və obyektiv istintaq aparmaqla həyata keçirir.

İdarə sülh və bəşəriyyət, şəxsiyyət, dövlət hakimiyyəti əleyhinə, iqtisadi və digər sahələrdə törədilən ağır və xüsusilə ağır cinayətlərə dair işləri Baş prokuror və onun istintaqa rəhbərlik edən müavininin qərarı ilə icraata qəbul edir və istintaq aparır.

İdarənin tərkibində Kriminalistika şöbəsi fəaliyyət göstərir. Kriminalistika şöbəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərkibində fəaliyyət göstərən struktur qurumdur.

Kriminalistika şöbəsinin prokurorları şöbədə və tabe rayon, şəhər prokurorluqlarının müəyyən edilmiş dislokasiyası üzrə kriminalistika xidmətini aparan prokurorluq işçiləridir.
 
Şöbənin tərkibində Kriminalistika texnikası xidməti fəaliyyət göstərir.