Sayt üzrə axtarış













Tabe prokurorluqlar





















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin:





Əsas səhifə / Baş Prokurorluğun struktur qurumları /Təşkilat-analitik idarəsi

Təşkilat-analitik idarəsi

Azərbaycan  Respublikası Baş Prokurorluğunun Təşkilat-analitik idarəsi

Rəis – Sultanov Müqəddəs Hətəm oğlu
Tel: 
E-poçt ünvanı: m.sultanov@prosecutor.gov.az

Rəis müavini – Zeynalov Rauf Nurəddin oğlu
Tel: 492-30-28
E-poçt ünvanı:  r.zeynalov@prosecutor.gov.az
 
Hüquqi statistika şöbəsi
Rəis, idarə rəisinin müavini – Əliyev Rövşən Əli oğlu
Tel: 
E-poçt ünvanı: r.aliyev@prosecutor.gov.az

Təşkilat-analitik idarəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəqil struktur qurumudur.

İdarənin əsas vəzifə və funksiyalarına Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə prokurorluq orqanlarına aid edilmiş vəzifələrin həyata keçirilməsini təşkilati cəhətdən təmin etmək; prokurorluqların yaradılmasına və ya ləğv edilməsinə, Baş Prokurorluğun strukturuna, ştat vahidlərinin ümumi sayına dair təkliflər hazırlayıb Baş prokurora təqdim etmək; Baş Prokurorluqda kollegiya iclasları və əməliyyat müşavirələrinin keçirilməsi işini təşkil etmək; Baş Prokurorluğun Kollegiyasının iclaslarında müzakirə olunmaq üçün prokurorluğun fəaliyyət istiqamətləri üzrə yarımillik və illik fəaliyyətlərini ümumiləşdirmək, prokuror nəzarətinin təkmilləşdirilməsi, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi üçün təkliflər hazırlayıb Baş prokurora təqdim etmək; kollegiya iclasları və əməliyyat müşavirələrində qəbul edilən qərarların icrasına nəzarət etmək; Baş prokurorun göstərişi ilə Baş Prokurorluğun idarə və şöbələrinin, tabe prokurorluqların fəaliyyətinin yoxlanılmasını təşkil etmək, həmin struktur qurumlarda “Prokurorluq haqqında” Qanunun, Baş prokurorun əmr, sərəncam və göstərişlərinin həyata keçirilməsi vəziyyətini ümumiləşdirməklə müvafiq tədbirlər görülməsini təmin etmək və s. daxildir.