Sayt üzrə axtarış

















Tabe prokurorluqlar





















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin:





Əsas səhifə / Naxçıvan MR Prokurorluğu /Rəhbərlik

Rəhbərlik

Naxçıvan Muxtar Respublikasının prokuroru 
Səbuhi Zəhmət oğlu Şahverdiyev

    1972-ci il avqüst ayının 10-da Naxçıvan şəhərində anadan olmuş, 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsini, 2001-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişdir. 1996-cı ildən 2001-ci ilin sentyabr ayınadək Naxçıvan Muxtar Respublikası Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləmiş, 2001-ci ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2002-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin olunmuşdur.

II dərəcəli dövlət ədliyyə müşaviri  ali xüsusi rütbəsindədir.

Ailəlidir, iki övladı var.

 

 

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini
 
Məhərrəm Yusif oğlu Talıbov

    1971-ci il mart ayının 15-də Şərur rayonunda anadan olmuş, 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının hüquqşünaslıq ixtisasını bitirmişdir. 1995-ci ildən 1999-cu ilədək Baş Mühafizə İdarəsinin Prezidentin Təhlükəsizliyi Xidmətinin mühaizəsiçi, 1999-cu ildən 2004-cü ilədək Naxçıvan Muxtar Respublikası Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləmiş, 2004-cü ilin dekabr ayından Naxçıvan Muxtar Respublikasının Prokurorluq orqanlarına qəbul edilməklə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru və böyük prokuroru vəzifələrində işləmişdir. 

Azərbaycan Respublikası Baş prokurorunun 9 yanvar 2008-ci il tarixli əmri ilə Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunmuşdur.

III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Ailəlidir, üç övladı var.