«« Geri


Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Gəncə şəhər prokurorluğunda tədbir keçirilmişdir


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planının icrasına uyğun olaraq aprelin 17-də Baş Prokurorluq tərəfindən Gəncə şəhər prokurorluğunda bölgə prokurorluqları əməkdaşlarının iştirakı ilə seminar-məşğələ keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Gəncə şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin heykəlini ziyarət etmişlər.


Seminar-məşgələdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov müasir Azərbaycan Respublikasının xilaskarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz fəaliyyəti, ölkəmizdə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində əvəzolunmaz xidmətləri, onun prokurorluq orqanlarının fəaliyyətinin hüquqi əsaslarının müəyyən edilməsi, Azərbaycan Prokurorluğunun konstitusion statusuna uyğün olaraq davamlı inkişafındakı fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov, Gəncə şəhər prokuroru Adil Vəliyev və digər natiqlər ulu öndər Heydər Əliyevin çoxşaxəli ictimai-siyasi və dövlət müstəqilliyimizin qorunmasında həyata keçirdiyi gələcəyə hesablanmış fəaliyyəti haqqında çıxış etmişlər.