«« Geri


Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi Mingəçevir şəhər prokurorluğunda qeyd edilmişdir


Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədbirlər Planına uyğun olaraq Baş Prokurorluq tərəfindən aprelin 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi bölgə prokurorluqları əməkdaşlarının, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavininin, həmçinin Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının sədrinin iştirakı ilə Mingəçevir şəhər prokurorluğunda seminar-məşğələ keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuşlar.

Seminar-məşğələdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynovun ümummilli liderin rəhbərliyi altında ölkəmizin bütün sahələr üzrə dinamik inkişafı, yüksək sosial-iqtisadi inkişaf göstəricilərinin əldə edilməsi, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ciddi addımların atılması, məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilmiş tədbirlər, o cümlədən Azərbaycan Prokurorluğu orqanlarının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində görülmüş möhtəşəm işlər barədə geniş məruzəsi dinlənilmişdir.


Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində gördüyü işlər barədə Mingəçevir şəhər prokuroru Azad Qarayev, YAP şəhər təşkilatının sədri Cavanşir Usubov və digər natiqlər çıxış etmişlər.