«« Geri


Ulu öndər Heydər Əliyev prokurorluq orqanlarının nıüstəqil dövlətimizə xidmətini yüksək qiymətləndirmişdir

Xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin müqəddəs adı və möhtəşəm fəaliyyəti Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuşdur. O öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerşəkləşdirilməsini, milli dövlətçiliyimizin dirçəldilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin etmişdir. Bu gün möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında məhz bu bünövrə üzərində dinamik inkişaf edən Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkə, regionun lider dövləti kimi tanınır.

Demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli–mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin misilsiz tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Onun həyata keçirdiyi genişmiqyaslı milli dövlət quruculuğu proqramı ölkəmizin bütün sahələrdə qazandığı uğur və nailiyyətlərin konseptual əsası olmuşdur. Müstəqil Azərbaycanın Əsas Qanununun —Konstitusiyanın müəllifi kimi ulu öndər Heydər Əliyev dövlət hakimiyyətinin demokratik prinsplər əsasında bölünməsinə, beynəlxalq standartlara uyğun hüquq normalarının və qanunvericilik bazasının yaradılmasına, müasir idarəetmə üsullarının tətbiqinə nail olmuşdur.

Cəmiyyətdə haqq və ədalətin zəfər çalması uğrunda fədakar mübariz kimi şöhrət qazanmış Heydər Əliyev özünün siyasi və dövlətçilik fəaliyyətində hüquqi dəyərlər sistemində insanların hüquq və azadlıqlarının ifadəsinin və müdafiəsinin ən ali forması qanunlara eyni cür, dürüst əməl edilməsini daim önə çəkmişdir. İlk dəfə respublikamızın rəhbəri seçildiyi 1969–cu ildən başlayaraq ulu öndər cəmiyyətdə qanunun aliliyi prinsipinin bərqərar olması üçün göstərdiyi qətiyyətli mövqeyi ilə Azərbaycanın da daxil olduğu keçmiş İttifaq dövləti miqyasında böyük nüfuz qazanmışdır. Həmin dövrdə hüquq–mühafizə orqanlarında sağlam mənəvi mühitin formalaşması istiqamətində prinsipial addımlar atılmış, cinayətkarlığa, xüsusən rüşvətxorluq və korrupsiya kimi ağır cinayətlərə qarşı genişmiqyaslı, güclü və səmərəli mübarizə təşkil edilmiş və bu tədbirlər hər yerdə əks–səda doğurmuş, rəğbətlə qarşılanmış, ulu öndərmizin “Qoy ədalət zəfər çalsın!” çağırışı ən populyar şüarlardan birinə, cinayətkarlıqla mübarizənin leytmotivinə çevrmilmişdir.

Heydər Əliyevin təşəbbüsü ilə 1970–80–ci illərdə Azərbaycanda ali hüquq təhsilinin haqq–ədalət çərçivəsində, cəmiyyətin bütün təbəqələrinin mənafeyinə cavab verən prinsiplər əsasında təşkili vətənpərvər, istedadlı, savadlı, dürüst və vicdanlı hüquqşünas kadrların hazırlanmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Həmin illərdə ali hüquq təhsili almaq istəyinə qovuşmuş yüzlərlə fəhlə–kəndli övladı bu gün də ulu öndərin xatirəsinə böyük rəğbət və ehtiramla respublikamızın hüquq mühafizə sistemində millətimizə və dövlətimizə sədaqətli xidmət nümunəsi göstərir. Ulu öndərimiz Azərbaycanın prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda ötən əsrin tarixi gerşəkliyini xatırladaraq demişdir: “Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980–ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on ıllər ərzində təşkıl olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır”.

Hamımıza yaxşı məlumdur ki, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə respublikamız və xalqımız çox ağır sınaqlarla üzləşmiş, cəmiyyətimizdə qanunçuluğun əsasları ciddi şəkildə zəifləmiş, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatmışdı. Həmin vaxt hakimyyətdə olanların siyasi naşılığı, dövlət idarəçiliyindəki səriştəsizliyi, xalqa qarşı ədalətsiz hərəkətləri, xarici təcavüz şəraitində milli birliyin təmin edilməməsi son nəticədə ölkədə xaosa, hərc–mərcliyə, özbaşınalığa gətirib çıxarmış, müstəqilliyimizi məhv olmaq təhlükəsi altına salmışdı. Bu illərdə prokurorluq orqanlarında da qeyri–sağlam vəziyyət yaranmış, bu orqanlar öz fəaliyyətini qanun çərçivəsində göstərə bilməmiş, üzərinə düşən vəzifələri həyata keçirməkdə böyük çətinliklərlə üzləşmişlər.

Yalnız 1993–cü ilin iyununda ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin ali rəhbərliyinə qayıdışından sonra respublikamızda ictimai–siyasi sabitliyin, qanunçuluğun bərqərar edilməsi, milli dövlətçiliyin və ictimai təhlükəsizliyin qorunması istiqamətində atılan məqsədyönlü addımlar cəmiyyətdə qanunçuluğa hörmət prinsipinin bərpasına, cəmiyyətin cinayətkar ünsürlərdən təmizlənməsinə, güclü və səmərəli hüquq–mühafızə sisteminin formalaşmasına şərait yaratmşdır. Ulu öndərin şəxsi iradəsi və siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, qısa müddət ərzində dövlət və hakimiyyət böhranına, xaos və anarxiyaya son qoyulmuş, torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edilmişdir. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə almmaqla sabitliyə nail olunmuş, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarların hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi mənfi təzahürlər aradan qaldırılmaqla kriminogen durum stabilləşdirilmişdir.

Qanunçuluğun qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımm səviyyəsinin yaxşılaşdırılması təşəbbüsü ilə çıxış etmişdir. Onun qətiyyətli rəhbərliyi altında dövlət–vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyət formalaşdırılmış, dövlət idarəçiliyi demokratikləşdirilmişdir. Özünəməxsus şərəfli tarixi keçmişi, qanunların icrasına ümumi nəzarət, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində zəngin ənənələri olan Azərbaycan prokurorluğunun fəaliyyəti də siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə ulu öndərimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Məhz onun məqsədyönlü fəaliyyəti və həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda milli prokurorluq orqanları qanunçuluğun aliliyini təmin edən mükəmməl bir dövlət təsisatı kimi demokratik məzmunda yenidən formalaşmış və inkişaf etmişdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş mütərəqqi islahatlar nəticəsində Azərbaycan prokurorluğu cəmiyyətdə öz nüfuzunu bərpa etməyə, yüksək ictimai etimad qazanmağa nail olmuş, dövlətçiliyin etibarlı sütunlarından birinə çevrilmişdir. Müstəqil dövlətçiliyimizin və cəmiyyətimizin cinayətkar qəsdlərdən qorunmasında, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində fəal mövqe tutan prokurorluq orqanları 1994–1995–ci illərdə qeyri–qanuni silahlı dəstələr tərəfindən törədilən dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işinin düzgün təşkilində, cinayətkarların tapılaraq qanun əsasında məsuliyyətə cəlb olunmasında diqqətəlayiq xidmətlər göstərmişlər.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995–ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə–hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm təməl yaratmışdır. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.

Ulu öndər dövlət başçısı kimi daim inandığı, güvəndiyi və arxalandığı prokurorluq orqanlarına, bu orqanlarda şərəflə çahşanlara qayğısını heç vaxt əsrgəməmişdir. Prokuror peşəsinə dərin hörmət və ehtiramının bariz təzahürü kimi o, hər il oktyabr ayının 1–nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi barədə 17 iyul 1998–ci il tarixli sərəncam imzalamış, həmçinin prokurorluq işçilərini dövlət təltiflərinə layiq görmüşdür. Fərəh və qürur hissi ilə qeyd etməliyik ki, MDB–də prokurorluğun peşə bayramı gününün təsis edildiyi ilk ölkə Azərbaycan olmuşdur. Ulu öndərimiz prokurorluq işçilərinin peşə fəaliyyətini yüksək qiymətləndirirək demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda, Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gun də, gələcəkdə də olacaqdır. Buna əminola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində prokurorluq orqanlarının səlahiyyətləri beynəlxalq standartlara uyğunlaşdırılmış, ölkədə qanunçuluğun möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə bu orqanların rolu artırılmış, kadrların peşəkarlıq səviyyəsi yüksəldilmişdir. Konstitusiyanın qəbulundan sonra, onun 133–cü maddəsinə uyğun olaraq “Prokurorluq haqqında” Qanunun layihəsinin hazırlanıb qəbul edilməsi və 7 dekabr 1999–cu il tarixdə qüvvəyə minməsi prokurorluğun totalitar rejimə xas bəzi funksiyalardan azad olmasını, onun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılmasını təmin etmişdir.

Azərbaycan prokurorluğunda demokratik, hüquqi dövlət quruculuğunun müasir tələblərinə cavab verən köklü islahatlar və səmərəli struktur dəyişikliklərinin əsası ulu öndər Heydər Əliyevin iştirakı ilə 26 aprel 2000–ci ildə keçirilən geniş müşavirədən sonra başlanmış və uğurla icra edilmişdir. Prokurorluğun həyatında müstəsna rol oynamış bu tarixi müşavirədə dövlət başçısının verdiyi tövsiyə və göstərişlər əsasında həyata keçirilən tədbirlər bu orqanın demokratik məzmunda yeniləşdirilməsi, neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması ilə nəticələnmişdir.

Həmin müşavirədəki nitqində ulu öndərimiz demişdir: “Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran hər bir məmurumuz üçün əsas meyar olmahdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə–işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidır”. Müdrik və uzaqgörən rəhbərin bu tələb və tövsiyəsi hər bir prokurorluq işçisi üçün həyat və fəaliyyət meyarıdır.

Ulu öndərin müstəqil dövlətimizə rəhbərliyi dövründə aparılan məhkəmə–hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin beynəlxalq standartlara və demokratik prinsiplərə əsaslanan, milli dövlətçilik ənənələrindən qaynaqlanan möhkəm hüquqi bazasının yaradılması ardıcıl xarakter kəsb etmişdir. Belə ki, “Prokurorluq haqqında” Qanunun tələbləri əsas götürülərək, digər qanunvericilik aktiarı — “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluğun rəsmi embleminin təsviri” haqqında, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri” haqqında aktlar qəbul edilmiş, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, habelə “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” əsasnamələr təsdiqlənmiş, eləcə də prokurorluğun qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işinin düzgün təşkili üçün zəruri olan təşkilati–normativ tədbirlər həyata keçirilmişdir. Bütün bunlar Azərbaycan prokurorluğunun demokratik dəyərlərə uyğun səmərəli və məqsədyönlü fəaliyyəti üçün möhkəm zəmin yaratmışdır.

Ölkəmizdə dövlət quruculuğu prosesinin dərinləşməsi prokurorluğun cəmiyyətdə və idarəçilik sistemində rolunu daha artırmaq zərurəti yaratmış, 2002–ci il sentyabrın 19–da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Ulu öndər Heydər Əliyevin Baş Prokurorluğa və onun dövlətçiliyimizin möhkəmləndirilməsindəki roluna verdiyi yüksək dəyərin təzahürü olan bu hüquq ictimai həyatın ayrı–ayrı sahələrinin hüquqi tənzimlənməsindəki çatışmazlıqlar haqqında Milli Məclisə məlumatların verilməsi, habelə müvafiq qanun layihələrinin ali qanunverici orqana təqdim edilməsi ilə gerçəkləşdirilir. Ulu öndərin müstəqil, müasir dövlət quruculuğu konsepsiyasının tərkib hissəsi olan məhkəmə–hüquq islahatları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son 10 ildə böyük uğurla davam etdirilmişdir. Bu baxımdan, dövlətimizin başçısının prokurorluq orqanlarına inam və etmadının təzahürü olan qərarları da bu orqanların fəaliyyətininin təkmilləşdirilməsində və müasirləşdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, ölkə Prezidentinin 3 mart 2004–cü il tarixli Sərəncamı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmış, 3 sentyabr 2004–cü il tarixli “Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının (2004–2006–cı illər) təsdiq edilməsi barədə” Sərəncamda isə digər hüquq mühafizə orqanları ilə yanaşı, prokurorluq işçilərinin də yüksək dövlət məvacibi ilə təmin edilməsi, onların məvaciblərinin mərhələlərlə artırılması, sosial təminatlarının yaxşılaşdırılması məsələləri əksini tapmışdır. “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009–2011–ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması, korrupsiyaya qarşı ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin tamamilə yeni müstəviyə qaldırılmaqla, strukturunun və iş metodlarının təkmilləşdirilməsi və bu quruma əməliyyat–axtarış tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin verilməsi möhtərəm Prezidentimizin prokurorluq orqanlarının dövlət idarəçiliyəndəki roluna verdiyi dəyərin bariz göstəricisidir.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prokurorluğunun 90 illiyi münasibətilə bu orqanm əməkdaşlarına ünvanladığı təbrik məktubunda deyilmişdir: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkümiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir. Prokurorluq orqanlarında—yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və ınkişaf hiss olunur. Bu proseslər dövlət tərəfindən dəstəklənir vəbundan sonra da dəstəklənəcəkdir”.

Biz—prokurorluq orqanları əməkdaşları ulu öndərimiz tərəfindən əsası qoyulmuş ənənənin sadiq davamçısı olan möhtərəm Prezident İlham Əliyevin diqqətini, qayğısını və dəstəyini daim görür və hiss edir, Baş Prokurorluğun rəhbərliyinin əmr və göstərişlərinə dürüst əməl etməklə öz xidməti vəzifələrimizin icrasnda bu etimadı doğrultmağa çalışırıq.

Demokratik cəmiyyətdə öz funksiyalarını yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirməklə, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin olunmasında, bütövlükdə hüquq sisteminin inkişafında fəal və əhəmiyyətli rol oynamaqla ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycanın daha da çiçəklənməsi naminə bundan sonra da qətiyyət və əzmlə işləmək, insan hüquq və azadlıqlarının müdafiəsinə, ictimai–siyasi sabitliyin, əmin–amanlığın və dövlətçiliyimizin layiqincə qorunmasına xidmət etmək prokurorluğun hər bir əməkdaşının şərəfli borcudur.

Akşin ZİYADOV
Nizami rayon prokuroru
baş ədliyyə müşaviri