«« Geri


Vətənə, xalqa misilsiz sədaqət rəmzi
( 12 aprel 2013-cü il, Respublika qəzeti )

Heydər Əliyev kimi dahi bir şəxsiyyətin yaşadığı ömür illərinin hamısı istisnasız olaraq öz xalqına və mıllətinə sədaqətlə xidmətin, onun xoşbəxt gələcəyinin təmin olunması istiqamətində gərgin və möhtəşəm fəaliyyətin ən bariz nümunəsi kimi bütün nəsillərə örnək ola biləcək ibrətamiz həyat yoludur. Heydər Əliyev izi həyatımızın bütün sahələrində mövcuddur. Ulu öndərimizin 1969–cu ildən başlayaraq həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan respublikası inkişaf etmiş dünya dövlətləri sırasında öz xüsusi yeri olan nüfuzlu bir dövlətə çevrilmişdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin tarixi rəsmi 1991–ci il oktyabr ayının 18–dən başlasa da, xalqımız həmişə ürəyində yaşatdığı, həsrətində olduğu müstəqilliyə faktiki olaraq dahi rəhbərimız Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə qovuşdu. Belə ki, müstəqilliyinin ilk illərində ölkəyə nəzarət edə bilməyən dövlət başçılarının səriştəsizliyi nəticəsində istehsal dayanmış, iqtisadi böhran genişlənmiş, idarəçilik orqanlarının bir–biri ilə qarşırıqlı əlaqələri pozulmuş, ictimai–siyası proseslər nəzarətdən çıxmış, dövlətçilik üçün real təhlükə yaradan qanunsuz silahlı dəstələrin törətdiyi özbaşınalıqların həddi–hüdudu olmamış, dövlət, millət və xalq faktiki parçalanmış, vətəndaş müharibəsi artıq reallığa çevrilmişdi.

Belə bir çətin vəziyyətdə hamı yekdil bir qərara gəldi ki, Azərbaycanı bu fəlakətdən yalnız və yalnız Heydər Əliyev zəkası və qətiyyəti xilas edə bilər. 1993–cü il 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdaraq müstəqilliyimizin qorunub saxlanmasına nail oldu. Vətəndaş və qardaş qırğınının qarşısını aldı və dinc quruculuq işlərinə başladı.

SSRİ–nin dağılması və sosializm sisteminin süqutu nəticəsində planetimizin siyasi mənzərəsi ciddi şəkildə dəyişmiş və yeni geosiyası vəziyyətin yaranmasına səbəb olmuşdur. Postsovet məkanında meydana çıxan müstəqil dövlətlərın beynəlxalq münasibətlər sisteminin subyektinə çevrilməsi və öz maraqlarını ifadə edən xarici siyasət xəttini həyata keçirməyə başlaması dövlətlərarası münasibətlərin yeni prioritetlərin müəyyənləşdirdi. Bu bir tərəfdən beynəlxalq aləmdə siyası gərginliyin azalması, qlobal qarşıdurmanın aradan qalxması ilə səciyyələnmiş, siyasi, iqtisadi və hərbi baxımdan strateji əhəmiyyət kəsb edən və mənafelərin kəsişdiyi məntəqələrə çevrilən bir sıra regional mərkəzlərin meydana çıxması ilə müşayiət olunurdusa, digər tərəfdən, müxtəlif dairələr tərəfindən qızışdırılan təcavüzkar separatçılıq meyillərinin güclənməsınə zəmin yaradırdı.

Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı nə qədər təlatümlü. ziddiyyətli ictimai–siyası gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə də, məhz ona xas olan müdriklik, illərlə toplanmış böyük dövlətçilik təcrübəsi, cəsarət. qətiyyət, ən başlıcası isə doğma Vətənini düçar olduğu bəlalardan xilas etmək istəyi və iradəsi ölkəmizi sürətlə fəlakətə sürükləyən təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqiliyə, azadlığa, firavan gələcəyə inamını qaytarmağa qadir olan amilə çevrildi və Azərbaycan böyük fəlakətlərdən xilas oldu.

ABŞ–ın görkəmli siyasətçisi Zbiqnev Bjezinski ulu öndər haqqında demişdir: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət— bir sözlə, şəksiz liderdir”.

Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz–üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bır zaman kəsiyində iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi.

Bu baxımdan ilk növbədə əmin–amanlığın, qanunçuluğun bərpa olunması. müstəqilliyin qorunub saxlanması sahəsində ciddi tədbirlər görüldü. Sabit siyasi durum, mənəvi–psixoloji atmosfer şəraitində Azərbaycanın gələcək Milli İnkişaf Strategiyası müəyyənləşdirildi bu sahədə həyati əhəmiyyət kəsb edən bir çox vacib işlər həyata keçirildi.

“Əsrin müqaviləsi”nin imzalanması. “Böyük ipək yolunun” bərpasına başlanması və xarici investisiyanın ölkəmizə cəlb olunması sahəsində görülən səmərəli tədbirlərlə xalqımızın sosial rifahının yaxşılaşdırılmasının, iqtisadiyyatın dirçəlişinin əsası qoyuldu, dövlətimizin ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan Silahlı Qüvvələr formalaşdı.

Ömrünü xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının hazırlanmasına verdiyi əvəzsiz töhvə olmuşdur. Ulu öndər komissiya üzvlərinə müraciət edərək bildirmişdi ki, “Biz elə bir layihə hazırlamaq və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun”.

Aparılan bu böyük işin yekunu olaraq yeni Konstitusiya layihəsi 1995–ci il oktyabrın 15–də ümumxalq müzakirəsina çıxarılmış və 1995–ci ilin noyabrın 12–də isə müstəqil və suveren Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir.

Bəllidir ki, bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, onların qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Heç də təsadüfi deyil ki. “Əsas hüquqlar, azadlıqlar və vəzifələr” adlanan 2–ci bölmə 2 fəsildən—41 maddədən ibarət olmaqla, həcminə görə Konstitusiyamızın on böyük bölməsidir.

Hələ 1996–cı ilin iyununda ölkəmiz Avropa Şurasının Parlament Assambleyasında xüsusi dəvətli qonaq statusu almış və hər il iyul ayının 13–də Azərbaycan rəhbərliyi tamhüquqlu üzvü olmaq barədə Avropa Şurasına rəsmən müraciət etmişdir. Avropa Şurasının üzvi olan ölkələrin 1997–ci ilin oktyabrında Strasburqda keçirilən ikinci sammitində ümummilli liderimizin iştirakı ilə ölkəmizin bu qurumla əməkdaşlığının tarixində yeni dövrün başlanğıcı qoyuldu. Bu əməkdaşlığın genişləndirilməsinə xidmət edən bir sıra mühüm fərman və sərəncamlar imzalandı. 1998–ci ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə Azərbaycanda ölüm hökmü ləğv olundu və bundan başqa, ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 2001–ci il yanvarın 17–də Azərbaycan bu beynəlxalq quruma üzv qəbul edildi və ulu öndərimizin iştirakı ilə yanvar ayının 25–də Strasburqda, Avropa Şurasının iqamətgahı qarşısında üçrəngli bayrağımız qaldırıldı. Bununla da ölkəmizdə hüquq islahatlarının uğurla aparılmasını iştirakı ilə demokratik, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi kimi bəşəri dəyərlərə dönmədən əməl olunması özünün layiqli qiymətini aldı. Azərbaycan Respublikası 2001–ci ildən Avropa Şurasının üzvü olmaqla, ölkə parlamenti “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etmiş, 15 aprel 2002–ci il tarixdən Konvensivanın hüquqları qüvvəsi Azərbaycan Respublikasının ərazisinə şamil edilmiş və bununla Azərbaycan Respublikasının yurisdiksiyası altında olan hər bir şəxsin İnsan hüquqları üzrə Avropa məhkəməsinə müraciət etmək hüququ yaranmışdır. Məhz ulu öndərimizin səyi nəticəsində Azərbaycan diasporun yaradılmasına başlanmış, bununla əlaqədar Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış və nəticədə Dünya Azərbaycanlılarının I qurultayı keçirilmişdir. Ulu öndərimizin qurultaydakı proqram xarakterli çıxışı xaricdə yaşayan soydaşlarımız üçün gələcək fəaliyyət bazasına çevrilmişdir.

Bu möhtəşəm tədbirdə ümummilli liderimiz demişdir: “Bizim hamımızın bir, vətəni var—bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını öz dilini, dinini milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”. Sonradan Bakı şəhərində keçirilmiş Dünya azərbaycanlılarının II qurultayı bu sahədə görülən işlərin düzgün məcrada olmasını bir daha təsdiqlədi.

Uinston Çörçill siyasətçini böyük dövlət xadimindən onunla fərqləndirmişdir ki, siyasətçi gələcək seçkilər, böyük dövlət xadimi isə gələcək nəsillər haqqında düşünür. Göründüyü kimi, müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu, Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsinin təmin olunması, siyasi plüralizm, üçpilləli məhkəmə sisteminin yaradılması, Azərbaycanın Avropa Şurasının üzvlüyünə qəbul edilməsi, dünya azərbaycanlılarının birinci qurultayının keçirilməsi, milli diasporumuzun fəaliyyətinin canlanması, azərbaycançılıq, milli özünüdərk ideyasının gücləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu sıyahını sonsuzluğa qədər uzatmaq mümkündür. Dahi şəxsiyyətin Azərbaycanın ictimai həyatında nüfuz etmədiyi sahə, demək olar ki, yoxdur. Lakin yuxarıda sadalananlar azərbaycançılığı, dövlətçiliyi, millətçiliyi və bütövlükdə Azərbaycanın maraqlarının müdafiəsini daha qabarıq şəkildə özündə əks etdirən hadisələrdir.

Ulu öndərimizin bilavasitə rəhbərliyi nəticəsində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu başlandı. Azərbaycan Respublikasında demokratik təsisatların bərqərar edilməsi, qanunun aliliyinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün hüquqi islahatlar həyata keçirildi, tamamilə yeni hüquq sistemi formalaşdı.

Hüquq–mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini respublikamızda həyata keçirilən hüquq islahatlarının əsas qayəsi və məqsədi kimi önə çəkən ulu öndərimiz Heydər Əliyev bu vacib vəzifəni uğurla həyata keçirmək məqsədilə 21 fevral 1996–cı il tarixdə Hüquq İslahat Komissiyasının yaradılması barədə sərəncam imzalamışdır. Həmin komissiya tərəfindən beynəlxalq standartlara uyğun hazırlanmış “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında” və s. qanunların qəbulu məhkəmə–hüquq islahatlarının həyata keçirilməsində xüsusi əhəmiyyət daşımışdır.

Ulu öndərimizin rəhbərliyi altında insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, məhkəmələrdə dövlət ittihamın mütərəqqi prinsiplər əsasında müdafiə edilməsi istiqamətində mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın funksiya və vəzifələrinin mövcud Konstitusiyaya uyğunlaşdırılması olmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşdırılması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən köklü islahatların, o cümlədən məhkəmə–hüquq islahatlarının memarı – Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində öz müsbət həllini tapmışdır. Müstəqil respublikamızın Konstitusiyasında ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə göstərişlərinin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin 17 iyul 1998–ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1–nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi, hakimiyyət orqanları arasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin təzahürü idi.

Ulu öndərimiz Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999–cu il tarixdə “Prokurorluq haqqında” Qanunun qəbulu, qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə zəmin yaratmış, prokurorluq orqanlarının müasirləşdirilməsini, onların məhkəməyədək icraat zamanı cinayət təqibi çərçivəsində insan hüquq və azadlıqlarının real təminatçısına çevrilməsini təmin etmişdir.

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarının əsas inkişafı, peşəkar kadr korpusunun formalaşdırılması, bu orqanın məzmunca demokratik və sivil bir orqana çevrilməsi ulu öndərimizin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin 2000–ci il aprelin 26–da respublika prokurorluğunun əməkdaşları ilə keçirdiyi görüşdən sonra hərtərəfli islahatlara start verilmiş, keçirilən tədbirlər nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi, mövcud olan nöqsanların aradan qaldırılması, müasir tələblər səviyyəsində işləməyə qadir kadr korpusunun formalaşdırılması, milli maraqların qorunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, cinayət təqibi zamanı insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi təmin edilmişdir.

Bu gün mahiyyətcə yenidən formalaşmış və demokratik cəmiyyətə xas sivil bir orqan kimi müstəqil Azərbaycan prokurorluğu hüquq–mühafizə orqanları, eləcə də bütün digər dövlət təsisatları arasında yüksək səlahiyyətlərə, cinayətkarlığa qarşı mübarizədə prinsipial mövqeyə malik çevik və mükəmməl bir qurum kimi öz funksiyalarını yerinə yetirir.

“Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edirəm siz həmışə çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Yeni Azərbaycan dövlətinin banisi Heydər Əliyevin respublika prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığınçaqda dediyi bu sözlər bir tərəfdən yüksək etimadın nümayişi olsa da digər tərəfdən prokurorluq əməkdaşlarının üzərinə qoyulan böyük məsuliyyətin təzahürü idi. Bu baxımdan hər bir prokurorluq əməkdaşı bıı məsuliyyəti daim hiss etməli, bu yüksək etimadı əməli və ləyaqətli işi ilə doğrultmalıdır. Ümummilli liderimizin “Azərbaycan Respublikası prokurorluq işçilərinin maddi və sosial təminatı haqqında” 8 oktyabr 2002–ci il tarixli sərəncamı prokurorluğun tarixində əlamətdar hadisədir. Prokurorluq əməkdaşlarının əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, onların maddi və sosial təminatlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün digər tədbirlərin həyata keçirilməsi bizə dövlət səviyyəsində göstərilən qayğı və etimadın daha bir parlaq təzahürüdür. Həyatımızın bütün sahələrində yeniləşmə bir məqsədə xidmət edir. “Bızim əsas vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və onu əbədi etməkdən ibarətdir. Həyata keçirdiyimiz daxili siyasət, o cümlədən Azərbaycanda hüquqi, dünyəvi, demokratik dövlətin qurulması Azərbaycanın müstəqilliyinin daimi olması üçün əsas şərtlərdən biridir”. Öndərimizin açıqladığı bu sözləri prokurorluq–əməkdaşları da dərindən dərk edir. Belə ki, prokurorluq əməkdaşları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin gücləndirilməsi sahəsində üzərinə düşən vəzifələri layiqincə icra edir. Prokurorluq işçisi kimi məsul vəzifənin ağırlığını, məsuliyyətini və şərəfini dərindən başa düşür. Xalqımızın dahi lideri, ümumbəşəri şəxsiyyət Heydər Əliyev dövlətimizin müstəqilliyinin sarsılmazlığı, dönməzliyi və əbədiliyi üçün bütün mümkün olanları etmiş və xalqımıza özündən sonra demokratik və sivil bir dövlət qoyub getmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir. Biz hamımız – bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq”.

Ulu öndərimizin siyasi dühasının məhsulu və yaratdığı şah əsəri müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafı barədə strateji konsepsiyaya sadiqlik nümayiş etdirən, doğma xalqına xidməti həyat amalı kimi qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü dövlətçilik siyasəti nəticəsində ölkə həyatının bütün sahələrində nəzərəçarpan nailiyyətlər əldə edilmiş, əhalinin həyat səviyyəsinin durmadan yüksəlməsinə təminat yaradan dayanıqlı iqtisadi tərəqqiyə nail olunmuş. demokratik dəyərlərin daha da geniş vüsət alması ilə sivil dövlət və vətəndaş cəmiyyəti formalaşdırılması istiqamətində irəliyə doğru inamlı addımlar atılmışdır.

Dünya dövlətləri birliyinə inteqrasiya proseslərini daha da möhkəmləndirən, demokratiyanın inkişafı yolunda atdığı mütərəqqi addımlarla ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirən və ölkə həyatının bütün sahələrini qabaqcıl dünya meyarlarına uyğunlaşdıran Azərbaycan Respublikasında yüksək sosial–iqtisadi inkişaf templərinə nail olunmaqla, xalqımızın maddi rifah halının durmadan yüksəldilməsi üçün möhkəm özül yaradılmışdır. Əldə olunan iqtisadi göstəricilərdən göründüyü kimi əhalinin pul gəlirləri, sənaye istehsalı, orta aylıq əmək haqqı artmış və təqribən bir milyon 200 mindən artıq iş yerləri açılmışdır.

Nə qədər ki Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır. Bu əbədiyaşarlığın daimi olması, Azərbaycanın yüksək nailiyyətlər əldə etməsi üçün hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşür.

Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyinda silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət, eləcə də ictimai–siyasi həyatımızda öz əksini tapmışdır.

Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikintı meydansını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, ən müasir yollar salınır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bizim gələcək planlarımızı əks etdirməklə yanaşı, bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosial–iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir.

Həyatının mənasını ancaq xalqa, ən böyük xoşbəxtliyi isə dövlətə sədaqətlə xidmətdə və xalqa məhəbbətlə yanaşmada görən və azərbaycanlı olması ilə həmişə fəxr edən Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətinə hərtərəfli dəstək olmaqla ölkəmizin xoşbəxt gələcəyi naminə məqsədyönlü fəaliyyətimizi davam etdirməli, Heydər Əliyev ideyalarının və prinsiplərinin həyata keçirilməsində müstəqillik və suverenliyimizin, sabitlik və əmin–amanlığın qorunmasında qətiyyət göstərməliyik.

Sərdar İMANOV
Suraxanı rayon prokuroru
baş ədliyyə müşaviri