«« Geri


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Baş Prokurorluq tərəfindən ağacəkmə kampaniyası təşkil olunmuşdur

Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirərək genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Bu gün müstəqil Azərbaycanın qurucusu və memarı möhtərəm Heydər Əliyev tərəfindən müəyyən olunmuş ekoloji siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bununla əlaqədar olaraq 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan olunmuş və ətraf mühitin mühafizəsində mühüm rol oynayan davamlı yaşıllaşdırma tədbirlərinin icrası mütəmadi şəkildə təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planına əsasən xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illilyi münasibətilə keçirilən tədbirlərin davamı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə aprel ayının 20-də ağacəkmə kampaniyası keçirilmişdir. Prokurorluğun bütün əməkdaşları bu kompaniyada fəal iştirak etmişlər. Ağacəkmə kampaniyası çərçivəsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində 3 hektar ərazidə iki min beş yüzdən artıq Eldar şamı və zeytun ağacları əkilmişdir. Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması və onların daha yaxşı təbii inkişafı üçün mineral gübrələrdən istifadə olunmuşdur. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.