«Təsdiq edirəm»

Azərbaycan Respublikasının
Baş prokuroru
I dərəcəli dövlət ədliyyə müşaviri

 

Zakir Qaralov

12 fevral 2013-cü il

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar

Azərbaycan Respublikası Prokurorluğunun

T Ə D B İ R L Ə R   P L A N I

PLAN TƏDBİRİNİN ADI

İCRA MÜDDƏTİ

İCRAÇILAR

1.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013-cü il tarixli Sərəncamının öyrənilməsi və həmin sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində zəruri tədbirlərin görülməsini təmin etmək

fevral-may

Baş Prokurorluğun idarə və şöbə rəisləri

tabe prokurorlar

2.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi və bütün tabe prokurorluqlarda anma mərasimlərinin keçirilməsini təmin etmək

may

Baş Prokurorluq

tabe prokurorlar

3.

“Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir” mövzusunda Azərbaycan Respublikası Baş Prokurorluğu, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarında elmi-praktiki konfransların, habelə digər tabe prokurorluqlarda müvafiq tədbirlərin keçirilməsini təmin etmək

aprel-may

R. Usubov

N. Əsgərov

X. Vəliyev

S. Şahverdiyev

Ə. Seyidov

tabe prokurorlar

4.

Azərbaycan Respublikası Baş Prokurorluğunun veb-saytında “Heydər Əliyev-90” bannerinin yaradılması və bannerdə ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş materialların, o cümlədən prokurorluq işçilərinin bu mövzuda kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrinin yerləşdirilməsini təmin etmək

aprel-may

N. Əsgərov

N. Hüseynov

5.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Azərbaycan Prokurorluğu” jurnalının xüsusi buraxılışının nəşr olunmasını təmin etmək

aprel-may

N. Əsgərov

N. Bayramov

6.

Prokurorluq orqanları işçilərinin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində gördüyü işlər və milli prokurorluq orqanlarının formalaşması istiqamətində həyata keçirdiyi möhtəşəm fəaliyyət barədə kütləvi informasiya vasitələrində çıxışların təşkil edilməsini təmin etmək

aprel-may

N. Hüseynov

Respublika Hərbi,

Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının bu sahəyə məsul qurumları

 

Baş Prokurorluğun Təşkilat-analitik idarəsi