Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-04-07
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Azərbaycan Prokurorluğu beynəlxalq və regional təşkilatlarla, həmçinin digər ölkələrin prokurorluq və anti-korrupsiya qurumları ilə səmərəli əməkdaşlığı davam etdirir. Həmin qurumlar arasında Beynəlxalq Prokurorlar Assosiasiyası xüsusi yer tutur.

Aprelin 3-dən 5-dək Cənubi Koreya Respublikasının Busan şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) İcraiyyə Komitəsinin 43-cü yaz iclası keçirilmişdir.

 Tədbirdə ölkəmizi Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev təmsil etmişdir.

           İclasda IAP-ın Konstitusiyası və fəaliyyətini tənzimləyən digər normativ sənədlərə əlavə və dəyişikliklər, Assosiyasiyanın digər beynəlxalq və regional qurumlarla qarşılıqlı münasibətləri, dünya prokurorları arasında qarşılıqlı münasibətlərin səmərəliyinin artırılması məsələləri, habelə prokurorluq orqanlarının qarşısında duran vəzifələr müzakirə olunmuşdur.

Tədbirdə K.Əliyev çıxış edərək, Azərbaycan Prokurorluğu ilə IAP arasında əməkdaşlığın vacibliyini vurğulamış, bu sahədə qarşıda duran vəzifələr və gələcək əməkdaşlığın səmərəliyinin artırılması istiqamətində görüləcək işlər, habelə qurumun fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflər vermişdir.

Müzakirələr zamanı IAP-ın rəsmiləri Azərbaycan Respublikasının bu qurumla əməkdaşlığını təqdir edərək qurumun internet səhifəsinin rus versiyasının və Korrupsiyaya qarşı Mübarizə aparan Prokurorların Şəbəkəsinin (NACP) alt domeninin fəaliyyətinin Azərbaycan prokurorluğu tərəfindən hazırlanmasını xüsusi qiymətləndirmişlər.

Azərbaycan Prokurorluğunun verdiyi töhfələrin məntiqi nəticəsi olaraq Assosiyasiyanın İcraiyyə Komitəsinin növbəti iclasının 2018-ci il aprelin 5-6-da Bakı şəhərində keçirilməsi barədə qərarı yekdilliklə qəbul edilmişdir.

Tədbir zamanı bır sıra təşkilati məsələlərə baxılmış, Şimali Amerika və Sakit okean üzrə yeni vitse-prezident vəzifələrinə namizədlər irəli sürülmüş, Azərbaycan Prokurorluğunun Assosiasiya çərçivəsində fəaliyyəti xüsusi qeyd olunmuş, IAP-ın 22-ci İllik Konfrans və Ümumi Yığıncağın cari il sentyabrın 9-15-də Pekin şəhərində keçirilməsi qərara alınmışdır.

Tədbir iştirakçıları Cənubi Koreya Respublikasının Baş prokuroru Kim Su Nam, habelə həmin ölkənin sabiq Baş prokuroru və IAP-ın vitse-prezidenti Cun Qyu Kim tərəfindən qəbul olunaraq faydalı fikir mübadiləsi aparmışlar.