Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-11-01
Hadisə yerindən qaçan sürücü tutulmuşdur

Oktyabrın 31-də saat 19 radələrində Biləsuvar rayonu 10 saylı qəsəbə ərazisində naməlum sürücünün idarə etdiyi traktor hərəkətdə olarkən piyada - 1983-cü il təvəllüdlü Yunusov Zaur Vəli oğlunu vuraraq hadisə yerindən qaçmış, piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. 

Fakta görə Cəbrayıl rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Polis və prokurorluq əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri  nəticəsində hadisənin 1953-cü il təvəllüdlü, Biləsuvar rayon sakini Rzaquliyev Rzaqulu Bəyiş oğlu tərəfindən onun idarə etdiyi “Belarus” markalı traktorla törədilməsi müəyyən edilmişdir.

R.Rzaquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.