Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-02-07
İmişli, Biləsuvar, Cəlilabad, Neftçala və Cəbrayıl rayonlarında yaşayan vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il fevralın 16-da saat 10:00-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Biləsuvar, Cəlilabad, Neftçala və Cəbrayıl rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və İmişli şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.