Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-12-26
Hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilmişdir

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilmişdir.

Belə ki, dekabrın 25-də saat 01 radəlrində Bakı-Quba-Dağıstan avtomobil yolunun 175-ci kilometirliyində şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi dövlət qeydiyyat nişanı və markası məlum olmayan avtomobillə, piyada Qusar rayon sakini Bəhruz Koroğluyevi vurmuş, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir.

Fakta görə  Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi  başlanmışdır.

İş üzrə hadisə yerinə baxış keçirilərək fotoşəkillər və sxem çəkilmiş, şahidlər dindirilmiş, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi, məhkəmə-yol nəqliyyat, məhkəmə-trosoloji və məhkəmə-lifli ekspertizaları təyin edilmiş, digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin Xaçmaz rayon sakini Tariyel Məmmədovun idarə etdiyi “QAZ-31105-100” markalı, 27-BS-827 dövlət qeydiyyat nişanlı avtomobillə törətməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.