Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2019-03-07
Hadisə yerindən qaçan sürücü barəsində həbs qətimkan tədbiri seçilmişdir

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində martın 5-də Bakı-Qazax yolunun Goranboy rayonu ərazisində təxminən 45-50 yaşlarında naməlum kişinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsinin üstü “isti izlər”lə açılmışdır.

 Belə ki, ilkin araşdırmalarla 1974-cü il təvəllüdlü, Gürcüstan vətəndaşı Masim Gradjovun idarə etdiyi “Volvo S80” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən şəxsiyyəti istintaqa hələlik məlum olmayan kişini vuraraq ölümünə səbəb olması, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilmişdir.

 Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

 Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

 Martın 7-də M.Gradjova Cinayət  Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

 Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.