Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2018-03-29
Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin M Ə L U M A T I

Martın 27-də saat 18 radələrində 1982-ci il təvəllüdlü Musayev Zaur Komissar oğlu etibarnamə olmadan idarə etdiyi 60-ZA-135 dövlət qeydiyyat nişanlı qoşqusu olan “Kamaz” markalı, 60-BX-765 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olarkən qoşqunun arxa dəmir qapısı açılaraq yolun sağ tərəfində təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilə İsmayıl qızına dəymiş, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət  Məcəlləsinin  263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.