Sayt üzrə axtarış















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2020-06-11
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin M Ə L U M A T I

İyunun 11-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Litva Respublikasının ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Eqidiyus Navikasla görüşmüşdür. 

Qonaqları səmimi salamlayan Baş prokuror ilk növbədə, hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi,  mütərəqqi  normativ-hüquqi bazanın yaradılması, yeni informasiya texnologiyalarının tətbiqinə  əsaslanan qabaqcıl təcrübənin tətbiq olunması, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan köklü kadr və struktur islahatlarının reallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran  vəzifələr barədə ətraflı məlumat vermişdir.

Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində aparılan tədbirlərdən danışan Baş prokuror Avropa İttifaqının Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdikləri tədbirləri alqışladığını və Litva Respublikasının hüquq mühafizə orqanları ilə mövcud səmərəli ikitərəfli hüquqi əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir.

Görüşdə 2009-2011-ci illər ərzində Avropa İttifaqının “Twining” layihəsi çərçivəsində Litvanın Xüsusi İstintaq İdarəsi və Azərbaycan  Prokurorluğu arasında “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəstək” layihəsini xatırladan Kamran Əliyev Tvininq layihəsi çərçivəsində əməkdaşlığın Avropa strukturlarına  inteqrasiya istiqamətində mühüm nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynadığını xüsusi vurğulamışdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Edigiyus Navikas ikitərəfli münasibətlərə toxunaraq, təmsil etdiyi ölkənin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini qeyd etmişdir. Səfir ölkələrimizin prokurorluq orqanları arasında faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə etmişdir.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunmuş, faydalı fikir mübadiləsi aparılmışdır.