Sayt üzrə axtarış


Tabe prokurorluqlar
















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin::





Baş səhifə / Avropa İttifaqının Tvinninq layihəsi

Avropa İttifaqının Tvinninq layihəsi

» Tvinninq layihəsi

 

Avropa İttifaqının Şərqi Əməkdaşlıq və Qonşuluq Siyasəti kontekstində həyata keçirilən və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq Proqramı çərçivəsində Avropa Birliyinin ekspertləri ilə birgə "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə dəstək" layihəsi hazırlanmış və həmin layihədə Litva Respublikasının Baş Prokurorluğu və Xüsusi İstintaq İdarəsinin (STT) iştirak edəcəyi Avropa Birliyi tərəfindən təsdiq olunmuşdur.

 

2009-cu il sentyabrın 29-da Baş Prokurorluğun Tədris Mərkəzində "Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək" tvininq layihəsinin təqdimatı olmuşdur.

 

2008-ci il dekabrın 17-də Litva Respublikasının Xüsusi İstintaq İdarəsi (STT) Azərbayan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin tvininq tərəfdaşı seçilmişdir. Tvininq tərəfdaşlar işə başlamazdan əvvəl iş planının ətraflı layıhəsini hazırlamışlar. İş planında aydın nəzarət göstəriciləri müəyyənləşdirilmiş və zəruri nəticənin əldə edilməsi üçün öhdəliklər götürülmüşdür. 2009-cu il iyulun 24-də tvininq layihəsinin həyata keçirilməsi üzrə müqavilə imzalanmışdır.

 

Layihə 5 əsas istiqamət - Azərbayan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətini tənzimləyən normativ aktlar və prosedur qaydaların təkmilləşdirilməsi, idarənin bu və ya digər sahədə fəaliyyət göstərən tərəfdaşları ilə əməkdaşlıq potensialının gücləndirilməsi, idarə əməkdaşlarının nəzəri bilik və praktiki vərdişlərinin gücləndirilməsi, onların tədris bacarığının inkişaf etdirilməsi, korrupsiya cinayətlərinin istintaqı üzrə beynəlxalq hüquqi əməkdaşlıq işinin təkmilləşdirilməsi istiqamətləri üzrə həyata keçiriləcəkdir. Bu istiqamətlər üzrə komponent rəhbərlər təyin olunmuşdur.

 

22 ay müddətində birgə reallaşdırılması nəzərdə tutulan və Avropa İttifaqının ən yaxşı təcrübəsinin tətbiq edilməsinə xidmət edəcək proqram üzrə müqavilə layihəsində korrupsiyaya qarşı mübarizə sahəsində respublikamızda vəziyyət, qanunvericilik bazası ətraflı təsvir edilmiş, müəyyən edilmiş qrafiklər üzrə ekspertlərin ölkəmizə səfərləri, həmçinin müsbət iş təcrübəsinin öyrənilməsi məqsədilə prokurorluq əməkdaşlarının Baltikyanı ölkələrə səfərləri, Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin (STT) 2 daimi məsləhətçisinin bu müddət ərzində respublikamızda fəaliyyəti, digər görüləcək işlər qeyd olunmuşdur.

 

Hazırda «Twinning» layihəsinin icrası uğurla davam etdirilmişdir. Layihə hüquq ictimaiyyətinin diqqət mərkəzində olmaqla, Baş prokurorluğun digər srtruktur qurumları da mütamadi olaraq görülmüş işlər barədə məlumatlandırılmışdır. Layihənin 5 komponenti üzrə işlər paralel aparılmış, müxtəlif ekspert qrupları Azərbaycan Respublikasında səfərdə olaraq təsdiq olunmuş qrafik üzrə müvafiq tədbirlər həyata keçirmiş, komponentlər üzrə 50-dən çox normativ-hüquqi aktı toplanaraq tərcüməsi təmin edilmiş və mövcud təcrübə öyrənilmiş, bu dövr ərzində layihə üzrə nəzərdə tutulmuş köməkçi və tərcüməçilər müsabiqə yolu ilə seçilərək fəaliyyətə başlamışlar. İdarənin fəaliyyətinin təkmilləşdirilməsi  məqsədilə  5 ölkənin  Rumıniya, İspaniya, Polşa, Latviya və Litva  Respublikalarının təcrübəsi öyrənilmiş, ictimaiyyətin etimadını öyrənmək  məqsədilə tanışlıq xarakterli görüşlər keçirilmiş, Korrupsiyaya qarşı mübarizə idarəsinin tədris tələbatları öyrənilmiş, idarə əməkdaşlarının sahələr üzrə təlim ehtiyacları təhlil edilərək treninqlərin siyahısı tərtib edilmiş, beynəlxalq xarakterli və transmilli cinayət işlərinin istintaqı, habelə bu cinayət işləri üzrə beynəlxalq əməkdaşlığın öyrənilməsi ilə əlaqədar müəyyən işlər görülmüşdür.