Sayt üzrə axtarış


Tabe prokurorluqlar












Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin::





Baş səhifə / Azərbaycan Prokurorluğu /Azərbaycan Prokurorluğunun 95 illik yubileyi ilə bağlı Prokurorluq işçilərinin məqalələri

Azərbaycan Prokurorluğunun 95 illik yubileyi ilə bağlı Prokurorluq işçilərinin məqalələri

Eldar SULTANOV - Hüquqi təminat və informasiya idarəsinin rəis müavini, Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri 

Kamal QILICOV - Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri

shirkhan_adigozalov - Səbail rayon prokuroru, baş ədliyyə müşaviri

Vahid MƏMMƏDLİ -Yardımlı rayon prokuroru, baş ədliyyə müşaviri

Fazil HƏSƏNƏLİYEV - Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri

Pənah ABBASOV - İmişli rayon prokuroru, baş ədliyyə müşaviri

Azər HƏTƏMOV - Tərtər rayon prokuroru, baş ədliyyə müşaviri

Pərvin QULİYEV - Neftçala rayon prokuroru, ədliyyə müşaviri

Rahib SEYİDOV - İsmayıllı rayon prokuroru, baş ədliyyə müşaviri

Rauf MƏMMƏDƏLİYEV - Göygöl rayon prokuroru, baş ədliyyə müşaviri 

Muxtar EMİNOV - Beyləqan rayon prokuroru, baş ədliyyə müşaviri


 

 

Prokurorluq hər zaman dövlətçiliyin və qanunçuluğun keşiyindədir

 

Bu gün prokurorluq orqanlarının bütün əməkdaşları, veteranlarımız, bütövlükdə ölkənin hüquq ictimaiyyəti prokurorluq işçilərinin peşə bayramını və Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 95-ci ildönümünü yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Ümummilli lider Heydər Əliyevin dövlətçilik iradəsilə gerçəkləşən bu reallıq Azərbaycan Prokurorluğunun cəmiyyətdə və dövlət təsisatları sırasında tutduğu yeri müəyyənləşdirməklə, bu orqana göstərilən yüksək qayğının və hərtərəfli dəstəyin təzahürü kimi hər bir əməkdaşımızda böyük qürur hissi doğurur.

 

İnsan hüquq və azadlıqlarının təminatı müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi, siyasi ideallarının ali təzahurünə çevrilməklə vətəndaş cəmiyyətinin başlıca meyarı sayılır. Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər ilk növbədə qanunların aliliyinin təminatından, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən və ədalət mühakiməsinin beynəlxalq tələblərə tam uyğunlaşdırılmasından asılıdır.

Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyərək ciddi uğurlara imza atan müstəqil Azərbaycan üçün də hər zaman prioritetdir. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikada qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim diqqətdə saxlamışdır. İnsan hüquq və azadlıqlarına sadiqlik ilk növbədə ulu öndərin hər kəsə örnək olacaq mənəvi məsuliyyətindən irəli gəlmişdir.

Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında Ümumxalq Referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə ciddi təminat yaratmışdır. Prokurorluq orqanlarının qanunçuluğun və hüquq normalarının etibarlı təminatı sahəsində nüfuzlu təsisata çevrilməsi, yenidən təkmilləşdirilərək fəaliyyətini yeni dövrün tələbləri səviyyəsində qurması məhz Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi islahatlar nəticəsində mümkün olmuşdur. Ulu öndərin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikada prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş, eyni zamanda Heydər Əliyevin  şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Bu addım prokurorluq orqanları əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətlə yanaşı, həm də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələrinin bərpası olmuşdur.

X atırlatmaq lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılaraq əsası qoyulmuş milli prokurorluq orqanları məhkəmə sistemində fəaliyyət göstərmişdir. Sovetlər dönəmində yenidən yaradılaraq sinfi dövlət maraqlarına xidmət etmiş, səlahiyyətləri hədsiz geniş olan prokurorluq orqanlarının fəaliyyəti uzun illər ərzində hakimiyyət bölgüsü prinsipi ilə uzlaşdırılmamışdır. Yalnız Heydər Əliyevin zəngin idarəetmə təcrübəsinə malik olaraq məharətlə həyata keçirdiyi dövlət quruculuğu prosesi nəticəsində hər bir dövlət qurumunun, o cümlədən prokurorluğun dövlət idarəetmə mexanizmində yeri və rolu dəqiq müəyyən edilmişdir.

Ulu öndər prokurorluğun Konstitusiya ilə təsbit olunmuş qanuni status və funksiyalarının təmini, eyni zamanda prokurorluq orqanlarında mütərəqqi islahatların aparılması məqsədi ilə təkmil hüquqi bazanın yaradılmasına da qətiyyətlə nail olmuşdur. 1993-cü ildən etibarən respublikada hərtərəfli islahatların həyata keçirildiyi bir şəraitdə prokurorluğun bu proseslərdən kənarda qalması, yığılıb qalmış problemlərin həlli istiqamətində səmərəli tədbirlərin görülməməsi məsələyə dövlət başçısı səviyyəsində müdaxilə edilməsi zərurətini yaratmışdı. Azərbaycanda cəmiyyətin dinamik inkişafı, yeni iqtisadi-siyasi, hüquqi münasibətlərə keçid prokurorluğun funksiya və statusuna yenidən baxılmasını zəruri edirdi. 7 dekabr 1999-cu ildə qüvvəyə minmiş "Prokurorluq haqqında" Qanunda prokurorluğun totalitar rejimə xas olan bir sıra funksiyalardan azad olması, onun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması nəzərdə tutulsa da bu islahatlar müəyyən müddətdə lazımi səviyyədə gerçəkləşməmişdir.

Yalnız 26 aprel 2000-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin prokurorluq orqanlarının rəhbər işçiləri ilə tarixi görüşündən sonra həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişiklikləri aparılmış, demokratik mahiyyətdə tamamilə yenidən formalaşdırılmış bu orqanın normal və səmərəli fəaliyyəti üçün qanunverici əsaslar yaradılmışdır. Həmin görüşdə dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar vermişdir.

Müşavirədən sonra ölkədəki modernləşmə proseslərindən kənarda qalmış Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara start verilmiş, ulu öndərin proqram xarakterli çıxışından irəli gələn tövsiyələr çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Prokurorluğun səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə yanaşı onun yeni strukturu hazırlanmış, dövrün tələblərindən irəli gələrək bir sıra yeni idarələr, şöbələr yaradılmışdır. Ötən müddətdə qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki və hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik, faktlara əsaslanma, vahidlik, mərkəzləşmə, siyasi bitərəflik bu gün prokurorluğun fəaliyyətinin əsas prinsiplərini təşkil etmişdir.

2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmiş, bununla da onun hüquq sistemindəki yeri və rolu daha da güclənmişdir. Bu, prokurorluq orqanlarına insan hüquq və azadlıqları sahəsində praktiki fəaliyyətlə yanaşı, qanun yaradıcılığı və vətəndaş quruculuğu prosesində fəal iştirak imkanları yaratmışdır.

Ümumilikdə, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" və digər qanunvericilik aktlarının qəbul edilməsi, normativ sənədlərin onun tərəfindən təsdiq edilməsi prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əhəmiyyətli olmuşdur.

Müasir dövrdə demokratik, hüquqi dövlət quruculuğunun konkret zamanla məhdudlaşmayan, strateji əhəmiyyət daşıyan, daimi fəallıq və zəhmət tələb edən, sonu görünməyən davamlı proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının aktiv fazaya keçməsi prokurorluq orqanlarında islahatların keyfiyyətcə yeni mərhələdə də davam etdirilməsi zərurətini şərtləndirmişdir.

M üasir dövrdə hər bir cəmiyyətdə müşahidə edilən korrupsiya xarakterli cinayətlərə qarşı ölkəmizdə elan olunmuş barışmaz mübarizə dövlət başçısının siyasi iradəsidir. "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun tətbiq edilməsi barədə 2004-cü il 3 mart tarixli sərəncamla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin yaradılması korrupsiyaya qarşı mübarizəni Baş Prokurorluğun fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmiş, bu qəbildən olan cinayətlərə qarşı səmərəli mübarizənin aparılmasına şərait yaratmışdır. Eləcə də "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" 22 iyun 2009-cu il tarixli fərmanla dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi və s. halların obyektiv yoxlanılmasının təmini ilə əlaqədar prokurorluq orqanlarının da qarşısında mühüm vəzifələr qoyulmuşdur.

Baş Prokurorluq dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı səmərəli mübarizənin təşkili istiqamətində qətiyyətli tədbirlər həyata keçirir. 11 mart 2011-ci il tarixli fərmana əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırılmış, eyni zamanda texniki işçilərin də sayı artırılmışdır. "Prokurorluq haqqında" qanunda dəyişikliklər edilməsi barədə və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunda dəyişikliklər edilməsi barədə 18 mart 2011-ci il tarixli qanunlara əsasən korrupsiya ilə bağlı cinayətlər üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti verilmişdir. Eyni zamanda, korrupsiyaya qarşı mübarizə vəzifəsini həyata keçirən prokurorluq əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması məqsədilə Nazirlər Kabinetinin 3 iyun 2011-ci il tarixli qərarına əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin işçilərinə xüsusi iş şəraitinə görə vəzifə maaşlarının 50 faizi məbləğində aylıq vəzifə maaşlarına əlavə müəyyən edilmişdir.

Baş Prokurorluq üzrə 2 mart 2011-ci il tarixli əmrlə sözügedən idarənin nəzdində "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzinin yaradılması isə korrupsiya ilə mübarizədə ictimaiyyətin köməyindən istifadə edilməsinə, belə neqativ hallarla üzləşmiş şəxslərin ixtisaslaşmış orqana birbaşa və maneəsiz məlumat vermək imkanlarının yaradılmasına, bu müraciətlərə təxirəsalınmadan baxılmasına və dərhal müvafiq tədbirlər görülməsinə imkan yaratmışdır.

2008-ci ildə prokurorluq orqanlarının yaradılmasının 90 illik yubileyinin  böyük təntənə ilə qeyd edilməsi də bu orqanın fəaliyyətinə verilən yüksək qiymətin təzahürü olmuşdur. Bundan başqa, prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə 27 sentyabr 2008-ci il tarixli sərəncamla "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.

19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamə Azərbaycan Prokurorluğunun kadr tərkibinin yenidən formalaşdırılmasına təkan vermiş, işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla həyata keçirilməsini təmin etmişdir.

Belə ki, 2002-ci ildən tətbiqinə başlanılan və ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasəti çərçivəsində daha da geniş vüsət alan prokurorluq orqanlarına dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə aşkarlıq şəraitində, müsabiqə yolu ilə qulluğa qəbulun həyata keçirilməsi nəticəsində işə qəbul edilmiş gənc mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 52 faizini təşkil etməklə təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifə borclarını nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 553 gənc hüquqşünasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkilmişlər.

P rokurorluq orqanlarında davamlı olaraq həyata keçirilən tədris prosesinin səmərəliliyinin və bu istiqamətdə həyata keçirilən tədbirlərin stimullaşdırıcı əhəmiyyətinin artırılması məqsədilə Baş prokurorun 7 oktyabr 2010-cu il tarixli əmri ilə "Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması Qaydaları" təsdiq edilmişdir. Son dövrlərdə reallaşdırılmış bir sıra layihələrlə yanaşı, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış "İmtahan" informasiya sisteminin tətbiqinə başlanılması yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri olmaqla, əməkdaşlarımızın nəzəri və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, onların biliklərinin dəyərləndirilməsi işində öz müsbət rolunu oynamaqdadır. Xüsusi qeyd edilməlidir ki, ilk dəfə olaraq prokurorluq orqanlarında tətbiq olunan bu prosedur əməkdaşların nəzəri bilik və peşə hazırlığı səviyyəsinin artırılması üçün möhkəm stimul yaradır.

Respublikamızda həyata keçirilən kütləvi informasiya vasitələrinin inkişafina dövlət dəstəyi konsepsiyasına uyğun olaraq prokurorluq orqanlarının da əsas fəaliyyət istiqamətlərindən birini kütləvi informasiya vasitələri və digər vətəndaş cəmiyyəti institutları ilə əlaqə, vətəndaşların hüquqi maarifləndirilməsi təşkil edir. Bu istiqamətdə Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri işlər görülmüş və onların səmərəliliyinin artırılması məqsədilə KİV və digər vətəndaş cəmiyyəti institutları ilə faydalı təmaslar qurulmuşdur.

KİV-də dərc olunmuş yazı və müraciətlərlə əlaqədar araşdırmalar aparılması, habelə KİV-in sorğularına cavablar verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir, qanunçuluq və hüquq qaydalarının qorunması, cinayətkarlığın vəziyyəti, o cümlədən mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində prokurorluğun fəaliyyəti barədə informasiya agentlikləri, dövri mətbu nəşrlər və televiziya vasitəsi ilə əhaliyə müntəzəm məlumatlar çatdırılır, xüsusi maraq kəsb edən, cəmiyyətdə geniş əks-səda doğuran cinayət işlərinin istintaqı barədə, habelə prokurorluğun fəaliyyətinin digər istiqamətləri üzrə KİV-ə məlumatlar verilir.

Baş Prokurorluq üzrə "Prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq məsələləri haqqında" 27 iyun 2005-ci il tarixli əmrin icrası qaydasında prokurorluq orqanları tərəfindən görülmüş işlər barədə ictimaiyyətin məlumatlandırılması işinin vəziyyəti mütəmadi olaraq ümumiləşdirilmişdir.

Kütləvi informasiya vasitələri ilə və digər vətəndaş cəmiyyəti institutları ilə əlaqə, vətəndaşların hüquqi maarifləndirilməsi ilə bağlı fəaliyyət çərçivəsində görülən işlərin məntiqi nəticəsi olaraq 17 may 2012-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Media Hüquq İnstitutu tərəflndən mərkəzi dövlət qurumlarının internet saytlarının 2012-ci ilin fevral-may aylarında aparılmış monitorinqi əsasında "Dövlət qurumlarının online şəffaflıq hesabatı" açıqlanmış və qiymətləndirmənin yekunlarına görə, informasiya açıqlığını əks etdirən reytinq cədvəlində Baş Prokurorluğun internet saytı 67 dövlət qurumu arasında birinci yeri tutmuşdur.

Baş Prokurorluğun idarə və şöbələri, tabe prokurorluqlar tərəfindən KİV və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələr əsasən Hüquqi təminat və informasiya idarəsi ilə razılaşdırılmaqla həyata keçirilmiş və bu fəaliyyətdə insan hüquq və azadlıqlarının müdafiəsi, cəmiyyətin və dövlətin qanuni maraqlarının təmin edilməsi əsas götürülmüşdür. KİV-də dərc olunmuş informasiya və müraciətlərlə əlaqədar araşdırmalar aparılması, habelə kütləvi informasiya vasitələrinin sorğularına cavablar verilməsi qanunvericiliyin tələblərinə uyğun yerinə yetirilmiş, qanunçuluq, hüquq qaydasının qorunması, cinayətkarlığın vəziyyəti, o cümlədən mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində prokurorluğun fəaliyyəti barədə informasiya agentlikləri, dövri mətbu nəşrlər və televiziya vasitəsi ilə əhaliyə müntəzəm məlumatlar çatdırılmışdır. Geniş ictimaiyyətin maraqları nəzərə alınaraq xüsusi maraq kəsb edən, cəmiyyətdə geniş əks-səda doğuran cinayət işlərinin istintaqı, onların məhkəmə baxışının nəticələri barədə, habelə prokurorluğun fəaliyyətinin digər istiqamətləri üzrə radio, televiziya və digər kütləvi informasiya vasitələrinə mütəmadi olaraq dolğun və obyektiv məlumatlar verilmişdir.

A zərbaycan Prokurorluğunun ölkəmizin informasiya cəmiyyətinə sürətli inteqrasiyası prosesində iştirakının səmərəliliyinin artırılması, elmi-texniki tərəqqinin prokurorluğun fəaliyyətində obyektiv və çevik işıqlandırılması, aşkarlığın və informasiya mübadiləsinin daha səmərəli təmin olunması məqsədilə Baş Prokurorluğun veb-saytının yaradılması prokurorluğun strukturu və fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərin mütəmadi izlənilməsi, prokurorluğun tarixi barədə məlumatların, fəaliyyət istiqamətləri üzrə görülən işlərin, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin, konkret məsələlər üzrə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatlarının, prokurorluq orqanlarının işini tənzimləyən qanunvericilik aktlarının və Baş Prokurorluq üzrə normativ sənədlərin geniş ictimaiyyətə çatdırılması baxımından çox önəmli olmuşdur.

Prokurorluq orqanlarında informasiya-kommunikasiya  texnologiyalarının yaradılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər daha intensiv şəkildə davam etdirilmiş, kompyuter texnikasının imkanlarından istifadə edilməklə prokurorluğun fəaliyyətində aşkarlığın və internet vasitəsi ilə informasiya mübadiləsinin təmin olunması məqsədilə məlumatları özündə cəmləşdirən xüsusi bölmələr və bloklardan ibarət Azərbaycan Prokurorluğunun veb-saytının müasir tələblərə cavab verən yeni versiyası işlənib hazırlanaraq təqdimat mərasimi keçirilməklə istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Prokurorluğu sistemində informasiya-kommunikasiya sisteminin, "Elektron hökumət" layihəsi çərçivəsində prokurorluq orqanlarında elektron sənəd dövriyyəsini təmin edəcək şəbəkənin yaradılması istiqamətində həyata keçirilən tədbirlər xüsusilə əhəmiyyətli olmuşdur. Mərkəzi aparatda 9 avqust 2011-ci il tarixdə istifadəyə verilmiş elektron sənəd dövriyyəsi proqramının real fəaliyyət göstərməsi cinayət işlərinin dövriyyəsi barədə xüsusi elektron proqramların hazırlanması üzrə işlərin sürətləndirilməsinə, istintaq edilən cinayət işlərinin elektron variantlarının hazırlanması istiqamətində zəruri tədbirlərin görülməsinə zəmin yaratmışdır.

"Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında" 1 noyabr 2010-cu il tarixli əmrin tələbləri əsasında Baş Prokurorluqda və bütün tabe prokurorluqlarda elektron müraciətlərin qəbulu və baxılması üçün lazımi imkanlar yaradılmışdır. Vətəndaş müraciətlərinə baxılması sahəsində yeni informasiya texnologiyalarının tətbiqi və tam yeni məzmunlu normativ-hüquqi bazanın formalaşdırılması, "Qaynar xətt" əlaqə mərkəzi və "Azərbaycan Prokurorluğunun veb saytı" vasitəsilə Baş Prokurorluğun rəhbərliyinə birbaşa müraciət etmək imkanının yaradılması kimi islahat tədbirləri öz müsbət nəticələrini verməkdədir. Bundan başqa, Baş Prokurorluğun veb-saytında prokurorluğun müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə bağlı fəaliyyətinə dair zəruri məlumatların yerləşdirilməsi təmin edilmiş, vətəndaşların internet şəbəkəsi vasitəsilə bu sahədə olan yeniliklərlə tanışlığına şərait yaradılmışdır.

Prokurorluğun hər bir əməkdaşı bu orqana dövlət səviyyəsində göstərilən etimadın məsuliyyətini dərindən dərk etməklə, işlərini həmin müasir tələblər səviyyəsində qurmaq, prokurorluqda formalaşmış sağlam iş mühitini daha da möhkəmləndirmək, cəmiyyətdə prokurorluğa artan ictimai etimadı qoruyub saxlamaq üçün bütün qüvvələrini səfərbərliyə almışdır. Öz peşə bayramını qeyd edən prokurorluq orqanları bundan sonra da ölkəmizdəki mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, digər dövlət təsisatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcəklər.

 

Eldar SULTANOV,

Baş Prokurorluğun Hüquqi təminat və
informasiya idarəsinin rəis müavini,
Mətbuat xidmətinin rəhbəri,

baş ədliyyə müşaviri.

 

"Respublika" qəzeti,
28 sentyabr 2013-cü il.

 



 

QANUNUN ALİLİYİNİN TƏMİNATÇISI

 

Dövlətçiliyin möhkəmlənməsində xüsusi rolu olan prokurorluq orqanları insan hüquq və azadlıqlarının qorunmasında,

cinayətkarlığa qarşı mübarizədə daima öndədir

 

"Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır".

Heydər ƏLİYEV.

 

Böyük qürur və iftixar hissi ilə qeyd etməyə hazırlaşdığımız Azərbaycan Prokurorlugunun yaranmasının 95-ci ildönümü ölkəmizin həyatında əlamətdar bir dövrə təsadüf edir. Hazırda dövlətimizin və xalqımızın taleyi baxımından mühüm əhəmiyyətə malik olan növbəti prezident seçkiləri ərəfəsindəyik.  Müstəqilliyimizin bərpasından ötən iyirmi iki il ərzində dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifahının yüksəlməsi, demokratik-hüquqi islahatların dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailliyyətlərinin möhkəm bünövrəsi vardır. Bu bünövrə Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Uğurlarımızın əsasında məhz dünya şöhrətli siyasətçi və dövlət başçısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ həyata keçirdiyi müdrik siyasi kurs, strateji proqramlar, konsepsiyalar və islahatlar dayanır. Alternativi olmayan bu siyasi kurs Azərbaycanın çox qısa zaman kəsiyində böhrandan qurtularaq dinamik inkişaf yoluna çıxmasına səbəb olub. Müasir Azərbaycan məhz bu dahi şəxsiyyətin sayəsində qurulub və indiki yüksək inkişaf səviyyəsinə çatıb. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətində həm də demokratik-hüquqi islahatların banisidir. Azərbaycan prokurorluğunun dünya standartlarına uyğun, demokratik cəmiyyətdə özünəməxsus yeri olan və müasir tələblərə cavab verən orqan kimi formalaşması, dövlət idarəetməsində mühüm rola malik olması da ulu öndər Heydər Əliyevin adı ilə  bağlıdır.

Müasir dövlət qurumlarımızın bir çoxu kimi prokurorluq orqanlarının da yaranması əlamətdar tarixlə - ötən əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan  Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapması ilə birbaşa bağlıdır. Azərbaycanın ilk prokurorluq orqanı Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində fəaliyyətə başlamışdır. Bu tarixin rəsmiləşməsi, hər il 1 oktyabrın Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd olunması da məhz ulu öndər Heydər Əliyevin xidmətidir. Ulu öndərin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına dövlət qayğısının ifadəsi olmaqla yanaşı, prokurorluq işçilərinin fəaliyyətinə yüksək dəyər verilməsinin təzahürüdür.

Azərbaycan xalqının təkidli xahişi ilə 1993-ci ilin iyun ayında hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil dövlətçiliyimizi və suverenliyimizi məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndər zəngin dövlətçilik təcrübəsindən və bacarığından istifadə edərək milli dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində köklü islahatlar həyata keçirdi. Məhz ulu öndərin böyük qayıdışından sonra zamanın tələblərinə uyğun genişmiqyaslı hüquqi islahatlar aparıldı və beynəlxalq təcrübəyə əsaslanan qanunvericilik sistemi formalaşdırıldı. Bu tədbirlər içərisində ümummilli liderin birbaşa rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyamız xüsusi qeyd olunmalıdır. Konstitusiya Komissiyasının sədri olan Heydər Əliyev layihəni hazırlayarkən birinci növbədə dövlət və hakimiyyətlə xalq arasında olan münasibətlərin əks etdirilməsinə xüsusi yer verilməsini irəli sürürdü: "Hakimiyyət bölgüsü ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, hər birinin seçkilər yolu ilə təşkili təmin olunmalıdır".  Heydər Əliyev göstərirdi ki, biz demokratik, hüquqi, dünyəvi dövlət qurmaq üçün inkişaf etmiş qərb ölkələrinin dövlət quruculuğu, demokratik prinsiplərin bərqərar olması sahəsində əldə etdiyi nailiyyətlərdən istifadə edirik və edəcəyik. Ona görə də Azərbaycan Konstitusiyasında bu müddəaların, prinsiplərin əks olunmasının əhəmiyyəti xüsusi qeyd edilirdi.

Ulu öndərin müəllifi olduğu Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Əsas Qanunumuzda irqindən, cinsindən, milliyyətindən, dinindən, dilindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında əsas vəzifə kimi qoyulmuşdur.

Bu tarixi sənəddə insan və vətəndaş hüquq və azadlıqları, onların, müdafiəsi və təmin edilməsi qanunvericiliyimizin ümdə və təyinedici meyarı olaraq təsbit edilmişdir. Konstitusiyada təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə ciddi təminat yaratmış, bu prinsipə əsas diqqət yetirilməklə sonrakı mərhələdə keyfiyyətcə yeni dövrün tələblərinə cavab verən bir sıra qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir. Müstəqillik dövrünün ilk Konstitusiyasında ölkənin dövlət quruluşu sistemində prokurorluğun məhkəmə hakimiyyəti sistemində yeri müəyyənləşdirilməklə 133-cü maddədə onun statusu təşkili və fəaliyyəti ilə bağlı əsas məqamlar öz əksini tapmışdır. Prokurorluğun cəmiyyətdə rolunu müəyyənləşdirən bu fundamental bünövrə 2002-ci və 2009-cu illərdə keçirilmiş ümumxalq səsverməsi-referendumlarla Konstitusiyaya edilmiş dəyişikliklər və əlavələr nəticəsində daha da möhkəmlənmişdir. Belə ki, dövlət səviyyəsində prokurorluğun rolunun artırılması istiqamətində müvafiq tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən prokurorluğa əvvəllər malik olmadığı qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, bu da prokurorluğun hüquq sistemində rolunu daha da gücləndirmişdir.

Hüquq-mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini ölkədə keçirilən hüquq islahatlarının əsas  istiqaməti və məqsədi kimi önə çəkən ulu öndər bu vacib vəzifəni uğurla həyata keçirmək məqsədilə 21 fevral 1996-cı ildə Hüquq İslahat Komissiyası yaradılması barədə sərəncam imzalamışdır. Həmin komissiya tərəfindən hazırlanmış "Prokurorluq haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Prokurorluğunun demokratik məzmunda yeniləşməsi və fəaliyyətinin təkmilləşməsi işində ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi görüşün müstəsna əhəmiyyəti  xüsusi qeyd edilməlidir. Həmin müşavirədəki tarixi çıxışında "Hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür" deyən ulu öndər Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətində əvvəllər yer almış bəzi nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar vermişdir.  Məhz həmin müşavirədən sonra prokurorluq orqanlarında hərtərəfli islahatlara başlanılmış, dövlət başçısının tövsiyə və tapşırıqlarına müvafiq olaraq məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində fəaliyyət üçün zəruri normativ-hüquqi bazanın yaradılması, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin müasir tələblər səviyyəsində səmərəliliyinin artırılması, dövlətçiliyə sadiq yeni kadr korpusunun formalaşdırılması, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin dünya standartlarına müvafiq şəkildə gücləndirilməsi təmin edilmişdir.

Minnətdarlıq hissilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prokurorluq orqanlarının cəmiyyətdə yüksək ictimai etimad qazanması və dövlətçiliyin sadiq keşikçisinə çevrilməsi məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi hüquqi islahatların nəticəsidir. Böyük strateqin respublikada qanunçuluğun bərpası, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı, ədalət məhkəmələrində dövlət ittihamının daha prinsipial şəkildə həyata keçirilməsi istiqamətindəki mühüm addımlarından biri də prokurorluq sistemində dövrün tələblərindən irəli gələn liberal islahatların aparılması olmuşdur. Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından Prokurorluq haqqında qanunun müstəsna əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Prokurorluq orqanlarının 95 illik yubileyi və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi ikinci ildönümü ərəfəsində onu da xüsusi vurğulamaq istərdik ki, prokurorluq orqanları ötən dövrdə çətin və mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolu keçərək bugünkü səviyyəsinə yüksəlmişdir. Dövlətinə, xalqına və prezidentinə hər zaman sadiqlik nümayiş etdirən Baş Prokurorluq və onun ayrı-ayrı strukturları qanunla üzərinə düşən büt&u