Sayt üzrə axtarış


Tabe prokurorluqlar
















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin::





Baş səhifə / Hərbi Prokurorluq /Rəhbərlik

Rəhbərlik

Azərbaycan Respublikası Baş prokurorunun müavini -  Azərbaycan Respublikasının Hərbi prokuroru 
Xanlar Rüstəm oğlu Vəliyev
 
1955-ci il mart ayının 15-də Yevlax şəhərində anadan olmuş, 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla respublika prokurorluğu orqanlarına işə qəbul olunmuşdur. X.R.Vəliyev Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləmiş, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli fərmanı ilə «Azərbaycan bayrağı» ordeni, 23 iyun 2006-cı il tarixli fərmanı ilə «Hərbi xidmətlərə görə» medalı və digər medallarla təltif edilmişdir.

Azərbaycan Respublikası Baş prokurorunun 15 mart 2005-ci il tarixli əmri ilə «Prokurorluğun fəxri işçisi» döş nişanına layiq görülmüşdür. 

Ədliyyə general-leytenantı hərbi rütbəsindədir. Hüquq elmləri namizədidir.
 
Ailəlidir, üç övladı var. 
 
 
Azərbaycan Respublikası Hərbi prokurorunun müavini
Rasim Sadiq oğlu Kazımov

1962-ci ildə İmişli rayonunda anadan olmuş, 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluq orqanlarına qulluğa qəbul olunaraq, Bakı qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsi üzrə stajor təyin edilmiş, 1993-cü ildən həmin qarnizon hərbi prokurorunun köməkçisi, 1996-cı ildən xüsusilə mühüm işlər uzrə müstəntiqi vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi, 2001-ci ildən Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, həmin ilin mart ayından Qarabağ hərbi prokurorunun müavini vəzifəsində işləmiş və hərbi prokuror vəzifəsini icra etmişdir. 2004-cü ildən Hərbi Prokurorluğun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, 2006-cı ildən isə Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Baş prokurorunun 27 may 2009-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilmişdir.

Ədliyyə general-mayoru hərbi rütbəsindədir.

Ailəlidir, üç övladı var.

Azərbaycan Respublikası Hərbi prokurorunun müavini
Şəfahət Aydın oğlu İmranov

1972-ci ildə Göyçay rayonunda anadan olmuş, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildən Azərbaycan Respublikası Prokurorluğuna işə qəbul olunaraq, Bakı şəhəri Əzizbəyov rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru və müstəntiqi, 1999-cu ildən Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi və böyük müstəntiqi vəzifələrində çalışmışdır. 2004-cü ildən Bakı şəhər prokurorluğunun Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsində çalışmış, 2005-ci ilin mart-dekabr aylarında isə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini vəzifəsini icra etmişdir. 2005-ci ilin dekabrında icrası həvalə olunmuş vəzifəyə, 2006-cı ildə isə Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Baş prokurorunun 04 dekabr 2009-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilmişdir.

Ədliyyə general-mayoru hərbi rütbəsindədir.

Ailəlidir, iki övladı var.