Sayt üzrə axtarış


Tabe prokurorluqlar












Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin::





Baş səhifə / Elm-Tədris Mərkəzi /Fəaliyyət istiqamətləri

Fəaliyyət istiqamətləri

Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi “Azərbaycan Respublikası Baş Prokurorluğu strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamına əlavə edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2009-cu il tarixli 507 nömrəli Sərəncamı ilə yaradılmış, eyni adlı 26.01.2010-cu il tarixli 706 nömrəli Sərəncamla Mərkəzə idarə səlahiyyəti verilmişdir.

Elm-Tədris Mərkəzi müstəqil struktur qurum olmaqla, Azərbaycan Respublikası Baş Prokurorluğunun idarəsidir. Elmi-nəzəri və praktiki tədqiqatların aparılması, proqramların, layihələrin, tövsiyələrin və digər sənədlərin elmi-hüquqi ekspertizasının keçirilməsi, Azərbaycan Respublikası Prokurorluğunun Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək), Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III və IV hissələrində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə sorğu verilməsi hüquqlarının həyata keçirilməsində iştirak, prokurorluq işçilərinin ixtisaslarının, nəzəri bilik və peşə səviyyələrinin artırılması üçün tədrisin təşkili, prokurorluq orqanlarına işə qəbulun və prokurorluq orqanları işçilərinin attestasiyalarının keçirilməsinə hüquqi-texniki yardım, nəzəriyyənin və praktikanın müvafiq sahələrində ən son nailiyyətlər barədə məlumatlara prokurorluq orqanlarında olan tələbatın təmin olunması, tədqiqatların və tədrisin nəticələrinin prokuror və müstəntiq fəaliyyətinin təkmilləşdirilməsində istifadəsi məqsədilə yaradılmışdır.

Mərkəzin və onun struktur bölmələrinin, eləcə də dinləyicilərin hüquqi statusu və fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, «Prokurorluq haqqında» və «Prokurorluq orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Baş prokurorun əmr və göstərişləri, Mərkəzin Əsasnaməsi, Mərkəzin işçiləri, dinləyiciləri və müqavilə əsasında əməkdaşlığa cəlb edilənlər üçün intizam qaydaları, Azərbaycan Respublikası prokurorluq işçilərinin Etik davranış kodeksi və digər aktlarla nizama salınır. Mərkəz Əsasnaməsindən irəli gələn səlahiyyətləri çərçivəsində məsələləri müstəqil həll edir.

Mərkəzin işinin təşkili Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyalarının qərarlarına, iş planına və təcrübəsinə uyğun həyata keçirilir. Elmi işlər və tədris planları Baş prokuror tərəfindən təsdiq olunur. Sektor və kafedralar öz işlərini Mərkəzin iş planına uyğun təşkil edirlər.

Mərkəz tədris prosesini ixtisasartırma, prokurorluq orqanlarının gənc mütəxəssislərinin hazırlıq proqramları və əlavə peşə hazırlığı formalarında həyata keçirir. Tədris-tematik planlara uyğun olaraq, eləcə də Baş prokurorun tapşırığına əsasən, müvəqqəti fəaliyyət göstərən Proqramlar, Fakültativlər və İşçi qruplar formasında müvafiq araşdırmaların, tədqiqat işlərinin, təhlillərin aparılmasını təşkil edir.

Mərkəzin prokurorluq orqanları işçilərin ixtisaslarının artırılması üzrə fəaliyyəti prokurorluq işçilərinin nəzəri, metodoloji və praktiki biliklərinin yenilənməsi və təkmilləşdirilməsi məqsədini daşıyır. Bu, ixtisas tələblərinin artması və peşə fəaliyyətlərini həyata keçirərkən qarşıya çıxan məsələlərin həllinin müasir metodlarının və daha effektiv üsullarının öyrənilməsi zərurəti ilə bağlıdır. İxtisasartırma işçinin bütün əmək fəaliyyəti dövründə, zərurət olduqca, vaxtaşırı Baş prokurorun müəyyən etdiyi müddətlərdə həyata keçirilir.