Sayt üzrə axtarış


Tabe prokurorluqlar












Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin::





Baş səhifə / Elm-Tədris Mərkəzi /Struktur

Struktur

Baş Prokurorluq üzrə 19 noyabr 2009-cü il tarixi, 10/69-11/10s nömrəli əmrlə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin strukturu təsdiq edilmişdir. Struktur Mərkəz rəisi, rəis müavini, böyük prokurorlar, Prokurorluq orqanlarının fəaliyyətinin təşkili kafedrası, Kriminalistika kafedrası, Cinayət hüququ, cinayət prosesi və kriminologiya kafedrası, İnsan hüquq və azadlıqlarının müdafiəsi problemləri kafedrası, Mütəşəkkil cinayətkarlıqla mübarizənin problemləri kafedrası, İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru və Kitabxanadan ibarətdir. 

Kafedralar: Kafedralar iş planlarının hazırlanması, dəyişdirilməsi ilə bağlı təkliflər verir, onların həyata keçirilməsində iştirak edir, mühazirələr, seminarlar və praktiki məşğələlər üçün təqdimatlar, biliklərin tədris və attestasiya çərçivəsində müvafiq kompüter proqramı ilə yoxlanması üçün suallar və digər əyani vəsaitlər hazırlayır, normativ-hüquqi, prosessual və digər sənədlərin layihələrinin, belə sənədlərə dair elmi rəylərin (hüquqi ekspertiza) hazırlanmasında iştirak edir, elmi-praktiki araşdırmalar aparır, əldə edilmiş nəticələrin prokuror və müstəntiq fəaliyyətinin səmərəsinin artırılması üçün tövsiyələr hazırlır, qabaqcıl məhkəmə-istintaq təcrübəsini ümumiləşdirilir, istintaq praktikasında müasir elm-texniki vasitələrin, metodikaların, eləcə də ayrı-ayrı istintaq hərəkətlərin taktiki cəhətdən düzgün və səmərəli tətbiqinə dair tövsiyələr hazırlayır, xarici dövlətlərin prokurorluqlarının və digər hüquq-mühafizə orqanlarının analoji qurumları ilə əlaqə yaradır və təcrübə mübadiləsi aparırlar.

İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru: Mərkəzin məsuliyyətində olan informasiya resurslarını idarə edir, onların təhlükəsizliyinin təmin olunmasında iştirak edir, Mərkəzdə daxili şəbəkə yaradılmasını, ona texniki xidmət göstərilməsini və idarə olunmasını təmin edir. Mərkəzin sərəncamında olan informasiya texnologiyalarını və kompüter texnikasını tədris prosesində tətbiq edir, onların texniki sazlığına cavabdehlik daşıyır, auditoriyaların texniki avadanlıqlarının (video-audio yazıların həyata keçirilməsi, məlumat daşıyıcılarının yaddaşına yazılaraq, sistemləşdirilərək, arxivləşdirilməsi, tələb olunan hallarda istehlakçıları çatdırılması və s.) təyinatları üzrə işləmələrini texniki və texnoloji cəhətdən təmin edir, Mərkəzin prokurorluğun digər şəbəkələrindəki informasiya resurslarına qoşulması məsələlərini texnik cəhətdən həll edir, informasiya proqramları yazır, eləcə də onların yazılması üçün zəruri hazırlıq işləri (blok sxemlərin hazırlanması, texniki tapşırığın tərtib olunması və s.) görür.

Kitabxana: Mərkəzin kitab, jurnal, qəzet və digər ədəbiyyatdan ibarət fondunun təsnifləşdirilməsini, uçotunu, mühafizəsini, müvafiq sifariş olunan ədəbiyyatın tələb olunduğu hallarda oxuculara verilməsini təmin edir.

Dəftərxana: Mərkəzin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sənədləşmə və sənədlərlə işin təşkili üzrə fəaliyyət göstərir. Sənədlərin qeydə alınması, rəsmiləşdirilməsi, göndərilməsi, işlərin formalaşdırılmasını həyata keçirir. Kargüzarlıq işlərinin yerinə yetirilməsində Elektron Kargüzarlıq Sistemindən istifadə edir.