Sayt üzrə axtarış


Tabe prokurorluqlar












Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin::





Baş səhifə / Beynəlxalq əlaqələr /Ümumi məlumat

Ümumi məlumat

Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin 2015-ci ilin birinci yarımilliyi ərzində fəaliyyətinə dair məlumat

Azərbaycan Respublikası Baş prokurorunun əmr və göstərişlərinə, o cümlədən «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilmiş məsələlərin icrası və beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə» 14.02.2007-ci il tarixli 10/13 №-li əmrinə  müvafiq olaraq 2014-cü il ərzində Beynəlxalq əlaqələr idarəsi tərəfindən beynəlxalq fəaliyyətin təkmilləşdirilməsi üzrə müəyyən tədbirlər görülmüş, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilə və konvensiyalardan, o cümlədən 22.01.1993-cü il tarixli «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi əlaqələr haqqında» və 07.10.2002-ci il tarixli eyni adlı konvensiyalardan irəli gələn öhdəliklərə əməl olunması, hüquqi yardım haqqında vəsatətlərə baxılması, cinayət təqibinə, şəxslərin verilməsinə dair Avropa və MDB ölkələrindən daxil olmuş tapşırıqların və hüquqi yardım göstərilməsi sahəsində olan digər sənədlərin icrası təmin edilmişdir.

Azərbaycan Respublikasının Prokurorluğu qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatları ilə əlaqələr yaradır, onlarla əməkdaşlıq və hüquqi yardım haqqında müqavilələr tərtib edir, əməkdaşlıq proqramlarını imzalayır və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində öz səlahiyyətləri çərçivəsində iştirak edir.

Baş Prokurorluğun rəhbərliyi tərəfindən əvvəllər verilmiş tapşırığın icrası ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşlarına qarşı və onlar tərəfindən ölkəmizin hüdudlarından kənarda cinayət hadisələri törədildiyi hallarda hüquqlarının hərtərəfli müdafiəsi istiqamətində də zəruri tədbirlər görülmüşdür. Belə ki, daxil olan ərizə və şikayətlərlə yanaşı, KİV-də bu qəbildən verilən hər bir məlumata da dərhal reaksiya verilərək, müvafiq sorğular göndərilmiş, qeyd olunan məsələlər nəzarətə götürülmüşdür.

İdarə tərəfindən Baş Prokurorluğun beynəlxalq fəaliyyətini əks etdirən bülletenin rus və ingilis dillərində  hazırlanması təmin edilmişdir. Elecə də, Beynəlxalq əlaqələr idarəsinin fəaliyyətinə dair ingilis dilində hazırlanmış broşürun nəşr olunması təmin edilmişdir.

2015-ci ilin 1-ci yarımilliyi ərzində Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq hüquqi əməkdaşlıq və protokol xidməti tərəfindən beynəlxalq fəaliyyətin təkmilləşdirilməsi üzrə müəyyən tədbirlər görülmüş, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilə və konvensiyalardan irəli gələn öhdəliklərə əməl olunması və digər beynəlxalq hüquqi sənədlərin icrası təmin edilmişdir.

İş planınına əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2004-cü il tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Protokolunun Əsas Qaydalarına müvafiq olaraq, nümayəndə heyətlərinin səfərlərinin vahid qaydalarla həyata keçirilməsi zərurəti nəzərə alınaraq, beynəlxalq təcrübəyə və milli adət-ənənələrə əsaslanaraq “Nümayəndə heyətlərinin səfərlərinə dair Azərbaycan Respublikası Prokurorluğunun Protokol Qaydaları”nın layihəsi aidiyyəti idarələrinin rəy və təklifləri nəzərə alınaraq hazırlanması təmin edilmiş və 6 may 2015-ci il tarixində cənab Baş prokuror tərəfindən imzalanmış 10/41 nömrəli müvafiq əmri ilə təsdiq edilmişdir.

2015-ci ilin 1-ci yarımilliyi ərzində Baş Prokurorluqda bir sıra xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və beynəlxalq təşkilatların nümayəndə heyətləri ilə görüşlər keçirilmişdir.Belə ki,

27 yanvar 2015-ci il tarixində Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Elman Əliyev və həmin idarənin prokuroru Tahir İsmayılovun Beynəlxalq Miqrasiya Təşkilatının ekspertləri cənab Paul Holmes, cənab Glynn Rankin, yerli ekspertlər Təranə Bağırova və Könül Kərimova ilə keçirilmiş görüşün materialları hazırlanmışdır. Eyni zamanda görüşdə Beynəlxalq əlaqələr idarəsinin rəisi vəzifəsini icra edən Erkin Əlixanov və həmin idarənin Beynəlxalq-hüquqi əməkdaşlıq və Protokol xidmətinin prokuroru Elnur Eyvazov iştirak etmişlər.

24 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralov Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi cənab Stavros Lambrinidis, xüsusi nümayəndənin siyasi müşaviri xanım Karolin Ştayn, Avropa Xarici Fəaliyyət Xidmətində Azərbaycan üzrə məsul əməkdaş xanım Asunsion Sançez Ruiz və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard ilə keçirilmiş görüşün materialları hazırlanmışdır. Görüşdə Beynəlxalq əlaqələr idarəsinin rəisi vəzifəsini icra edən Erkin Əlixanov və Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Sahib İsmayılov iştirak etmişlər.

03 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralov Avropa Şurası Parlament Asambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt Font de Mora, Tadeuş İvinski, Monitorinq Komitəsi katibliyinin rəhbəri xanım Karolin Ravo və Monitorinq Komitəsinin katibi xanım Delfin Freyman ilə keçirilmiş görüşün materialları hazırlanmış və görüşdə Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov, Hüquqi təminat və informasiya idarəsinin rəis müavini – mətbuat xidmətinin rəhbəri Eldar Sultanov və Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Sahib İsmayılov iştirak etmişlər.

11 mart 2015-ci il tarixində Baş prokurorun birinci müavini cənab Rüstəm Usubov ATƏT-in İnsan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Mədinə Yarbuzinova, ATƏT-in İnsan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsinin Ofisinin ölkə səfərləri üzrə əməkdaşı xanım Muriel Etvino, ATƏT-in İnsan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsinin Ofisinin inzibati məsələlər üzrə əməkdaşı xanım Kleğ Yassel, ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi səfir Aleksis Şahtaxtinski, ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Ofisinin İqtisadi və ətraf mühit şöbəsinin müdiri xanım Matilda Nquyen Panigel, ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Ofisinin İqtisadi və ətraf mühit şöbəsinin əməkdaşı Lətif Kəngərlinski ilə keçirilmiş görüşün materialları hazırlanmışdır.

8 aprel 2015-ci il tarixində Baş prokurorun birinci müavini cənab Rüstəm Usubov Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun siyasi məsələlər üzrə direktor Alexandre Guessel, siyasi məsələlər üzrə direktorun müavini Daniil Khochabo, siyasi məsləhətçisi Maxime Longangue, Avropa Şurası Bakı Ofisinin rəhbəri, Səfir Draqana Filipoviç, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, Səfir Emin Eyyubov ilə keçirilmiş görüşün materialları hazırlanmışdır.

30 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralov Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı direktoru xanım Yanne Holst Hübner və Böyük Britaniya Kral Prokurorluq Xidmətinin idarə rəisi cənab Hari Len Balçı Baş Prokurorluqda qəbul etmiş, iki təşkilat arasında münasibətlər və perspektiv planlar müzakirə edilmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun 2015-ci ilin birinci yarımilliyi ərzində səfərlərinə hazırlıq idarə tərəfindən təmin olunmuşdur.

Belə ki, Baş prokuror cənab Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti  6 mart 2015-ci il tarixdə Avstriya Respublikasının Laksenburq şəhərində Avstriyanın yüksək vəzifəli şəxslərinin, Akademiyanın İdarəetmə Şurası üzvlərinin, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) yaradılmasının 4-cü ildönümünə həsr edilmiş tədbirdə iştirak etmişdir.

 Həmin səfərdə həmçinin Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov iştirak etmişlər.

 Azərbaycan Respublikasının Baş Prokurorluğu korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) ilə əlaqələrini daim inkişaf etdirir.

Tədbirdə  ölkə başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin ölkəmizdə prioritet olduğu, kompleks və ardıcıl inzibati və institusional islahatların həyata keçirildiyi, bu siyasətin uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır. 

Eyni zamanda, tədbir çərçivəsində Baş prokuror cənab Zakir Qaralov tərəfindən Bolqarıstanın vitse-prezidenti, Akademiyanın İdarəetmə Şurasının rəhbəri xanım Marqarita Popova, Avstriyanın ədliyyə naziri Volfqanq Brandştetter, daxili işlər naziri xanım Yohanna Mikl-Leitner və digər rəsmi şəxslərlə görüşlər keçirib qarşılıqlı fəaliyyətə dair fikir mübadiləsi aparılmışdır.

 “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğu arasında Anlaşma Memorandumu”nun layihəsi aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla ümumiləşdirilərək hazırlanmış və Baş prokurorun 15-19 mart 2015-ci il tarixlərində Türkiyə Respublikasına etdiyi səfər zamanı imzalanmışdır. Səfərdə Baş prokurorun müavini Namiq Əsgərov, Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov, Bakı şəhər prokuroru Əziz Seyidov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev iştirak etmişlər.

Səfər zamanı Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul zamanı ona prezident cənab İlham Əliyevin salamları çatdırılmışdır. Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə orqanları arasında da uğurla inkişaf etdiyi vurğulanmış, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin vacibliyi qeyd olunmuşdur.

Nümayəndə heyəti tərəfindən Ankara və İstanbul şəhərlərində xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan parklar ziyarət edilməklə, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilmiş, abidəsi önünə əklil və gül dəstələri qoyulmuşdur. Eyni zamanda Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbir də ziyarət edilərək məzarı önünə əklil qoyulmuş, xatirə kitabına ürək sözləri yazılmışdır.

Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda ikitərəfli görüş keçirilmiş, hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmaqla həm ikitərəfli, həm də çoxtərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, habelə hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi məsələləri müzakirə edilmiş və hər iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan və Türkiyə prokurorluqları arasında Anlaşma Memorandumu imzalanmışdır.

Səfər çərçivəsində Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Cirit, ədliyyə naziri Kənan İpək, İstanbul şəhər Baş prokuroru Hadi Salihoğlu və digər rəsmi şəxslərlə görüşlər keçirilməklə, prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğu vurğulanaraq, gələcək əməkdaşlıq perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.

Göstərilənlərlə yanaşı, 2015-ci ilin keçən dövrü ərzində prokurorluq əməkdaşlarının ölkəmizdən kənarda keçirilən bir sıra beynəlxalq tədbirlərdə, seminarlarda və treninqlərdə iştirakı ilə əlaqədar idarə tərəfindən zəruri hazırlıq işləri aparılmışdır.

Belə ki, Gürcüstanın Baş Prokurorluğu Avropa Komissiyasının Genişlənmə üzrə baş departamentinin rəhbərliyi ilə Məlumatların Texniki Dəstəyi və Dəyişdirilməsi Proqramı (TAIEX) ilə birgə 19-20 fevral 2015-ci il tarixlərində Ekstradisiya və beynəlxalq aktivlərin qaytarılması mövzusunda Gürcüstanın Tbilisi şəhərində keçirilmiş beynəlxalq seminarda Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq hüquqi əməkdaşlıq və Protokol xidmətinin prokuroru vəzifəsini icra edən, I dərəcəli hüquqşünas Anar Məmmədovun iştirakı təmin edilmişdir.

2015-ci ilin 9-15 mart tarixlərində Vyanada BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 58-ci sessiyasının iclasında Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Kamal Qılıcovun iştirakı təmin olunmuşdur.

Baş prokuror cənab Zakir Qaralov tərəfindən Türkiyə Respublikasına etdiyi səfər zamanı 16 mart 2015-ci il tarixində imzalanmış “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğu arasında Anlaşma Memorandumu” ilə bağlı ilkin məsələlərin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə Ankara şəhərində 4-8 aprel 2015-ci il tarixində keçirilmiş danışıqlarda Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq hüquqi əməkdaşlıq və Protokol xidmətinin prokuroru vəzifəsini icra edən, I dərəcəli hüquqşünas Anar Məmmədovun iştirakı təmin edilmişdir.

Cari ilin 16 – 17 mart tarixlərində Ukraynanın Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf  Naminə  Təşkilat – GUAM-ın Hüquqi statistika üzrə işçi alt-qrupunun növbəti iclasına Təşkilat-analitik idarəsinin rəis müavini Hüquqi statistika şöbəsinin rəisi Rövşən Əliyevin iştirakı təmin edilmişdir.

30 mart – 10 aprel 2015-ci il tarixlərində Türkiyənin Ankara şəhərində “Proqram – Texniki Ekspertizanın Əsasları” mövzusunda keçirilmiş təlim kursunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı Emin Mürsəliyevin iştirakı təmin edilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) tərəfindən 31 mart – 1 aprel tarixlərində Türkmənistanın Aşqabad şəhərində “Elektron pul və virtual valyutalar vasitəsilə əldə edilmiş cinayət tərkibli gəlirlərin leqallaşdırılması ilə bağlı cinayətlərin aşkar edilməsi və istintaqı” mövzusunda keçirilmiş seminarda Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanovun və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayevin iştirakları təmin edilmişdir.

 27-28 aprel tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurası və ATƏT-in İnsan alverinə qarişı mübarizə üzrə Xüsusi Nümayəndəsi və Əlaqələndiricisi Ofisinin birgə təşkilatçılığı ilə ixtisaslaşan hakim və prokurorlar üçün təşkil olunmuş ikinci seminarda Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Sahib İsmayılovun iştirakı təmin olunmuşdur.

 18-22 may tarixlərində Vyanada BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi Komissiyasının 24-cü sessiyasında Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Əminə Ağazadənin iştirakı təmin olunmuşdur.

28-29 may tarixlərində Serbiya Respublikasının Belqrad şəhərində keçirilmiş ATƏT-in polis ekspertlərinin növbəti illik görüşündə Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsindən daxil olmuş məktubda həmin tədbirdə idarənin böyük prokuror-metodisti Munis Abuzərlinin iştirakı təmin edilmişdir.

15-19 iyun 2015-ci il tarixlərində Strasburq şəhərində kiber cinayətlərə qarşı mübarizə ilə əlaqədar Avropa Şurasının təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilmişdir. Tədbirdə Baş Prokurorluğun Ekstradisiya və hüquqi yardım şöbəsinin prokuroru Fərizə Mirzəyevanın iştirakı təmin olunmuşdur.

22-24 iyun tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “Qəbul edilmiş qanunların icraçılara və əhaliyə çatdırılması sahəsində beynəlxalq təcrübə: praktika, problemlər və onların həlli” mövzusunda dəyirmi masada Hüquqi təminat və informasiya idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Natiq Hüseynov və Beynəlxalq əlaqələr idarəsinin rəisi, kiçik ədliyyə müşaviri Erkin Əlixanovun iştirakları təmin olunmuşdur.

Qeyd olunanlarla yanaşı həmin dövr ərzində Baş Prokurorluğun əməkdaşlarının ölkədə təşkil olunan bir sıra təlimlərdə və tədbirlərdə iştirakı ilə əlaqədar idarə tərəfindən zəruri hazırlıq tədbirləri görülmüşdür.

Belə ki, 18 mart 2015-ci il tarixində NATO ilə ölkəmiz arasında razılaşdırılan FTƏP və Planlama və Analiz Prosesi məqsədlərinin icrasının qiymətləndirilməsi çərçivəsində Xarici İşlər Nazirliyində təşkil olunmuş tədbirdə Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq hüquqi əməkdaşlıq və protokol xidmətinin prokuroru, II dərəcəli hüquqşünas Elnur Eyvazovun iştirakı təmin olunmuşdur.

Cari ilin 19 mart tarixində Bakının JW Marriot Abşeron otelində “NATO-nun 2014-cü il Uels Sammitindən sonra Şimali Atlantik İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq hüquqi əməkdaşlıq və protokol xidmətinin prokuroru, II dərəcəli hüquqşünas Elnur Eyvazovun iştirakı təmin olunmuşdur.

“Azərbaycanda kibercinayətkarlığın qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində ATƏT-in Bakı Layihə Əlaqələndiricisi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin 14-15 aprel tarixlərində ADA Universitetində “Məlumat erasında milli təhlükəsizlik: İKT-dən istifadənin təhlükəsizlik aspektləri” mövzusunda keçirilmiş konfransda Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq hüquqi əməkdaşlıq və protokol xidmətinin prokuroru, II dərəcəli hüquqşünas Elnur Eyvazovun iştirakı təmin olunmuşdur.

Avropa Şurası çərçivəsində fəaliyyət göstərən İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyasının (İDAK) nümayəndə heyətinin cari ilin 1-5 iyun tarixlərində ölkəmizə səfəri zamanı nəzərdə tutulmuş tədbirlərdə Baş Prokurorluğunun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Alim Cəbrayılov, həmçinin Hüquqi təminat və informasiya idarəsinin prokuroru Malik Səlimovun iştirakı təmin edilmişdir. 

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin 2014-cü ilə dair fəaliyyəti barədə məlumat

Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə 2014-cü ilin 14 may tarixindən 6 ay müddətinə sədrliyi çərçivəsində Respublikada bir sıra silsilə tədbirlər keçrilmişdir. Bu tədbirlər sırasında 2014-cü ilin 30 iyun – 1 iyul tarixlərində Baş Prokurorluğun təşkil etdiyi “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” adlı Konfrans keçirilmişdir. Tədbirdə Avropa Şurasına üzv, habelə korrupsiyaya qarşı mübarizədə uğurlar qazanmış 50-dən çox ölkənin Baş prokurorları və ədliyyə nazirləri və bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların 150-dən artıq nümayəndəsi iştirak etmişdir. Sözügedən Konfrans hüquq-mühafizə orqanları arasında keçirilmiş mötəbər və böyük beynəlxalq səviyyəli tədbir olduğu üçün Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun 30 aprel 2014-cü il tarixli 10/27 nömrəli Sərəncamı ilə Təşkilat Komitəsi yaradılmış və Konfransın təşkilatçılığı ilə bağlı Baş Prokurorluğun aidiyyəti idarələrinə müvafiq tapşırıqlar verilmişdir.

Sözügedən tədbir çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Moldova Respublikasının Baş Prokurorluğu arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə iyun ayının 30-da təşkilatlar arasında Əməkdaşlıq Proqramı imzalanmışdır. Moldova tərəfindən proqrama Moldova Respublikasının Baş prokuroru cənab Korneliu Gurin imza atmışdır. Eyni zamanda konfrans çərçivəsində iyun ayının 30-da Azərbaycan Respublikasının Baş Prokurorluğu və Bolqarıstan Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq Proqramı imzalanmışdır. Konfrans çərçivəsində Azərbaycan Respublikası Baş prokuroru cənab Zakir Qaralovun həmçinin, Albaniyanın Baş Prokuroru cənab Adriatik Llalla, Xorvatiyanın Baş prokuroru cənab Dinko Svitan, Beynəlxalq Antikorrupsiya Akademiyasının Dekanı və İcraçı Katibi cənab Martin Kreutner, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarənin direktoru Filip Boya ilə ikitərəfli görüşləri baş tutmuşdur.

19-21 noyabr 2014-cü il tarixlərində Bakıda Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının 3-cü sessiyası təşkil olunmuşdur. Sessiyada 43 ölkədən 130-dan çox nümayəndə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların - Avropa Şurasının, Avropa İttifaqının, Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO), Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa bürosunun, müstəqil antikorrupsiya qurumlarının rəhbərləri, ədliyyə və daxili işlər nazirləri iştirak etmişlər.

Assambleyanın sədri, Tailand Krallığı Milli Antikorrupsiya Komissiyasının prezidenti Panthep Klanaronqran IACA-ya yeni üzvlərin və iştirakçı dövlətlərin qoşulması ilə qurumun fəaliyyətini daha da genişləndirərək mühüm beynəlxalq təsisata çevrildiyini qeyd etdi. Gündəliyə daxil olan məsələlər barədə məlumat verən P.Klanaronqran tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi. P.Klanaronqranın bir illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyası Assambleyasının növbəti il üçün sədri seçildi.

Korrupsiyaya qarşı mübarizə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən olmaqla, bu ümumbəşəri sosial bəlaya qarşı ölkəmizdə ardıcıl və sistemli mübarizə tədbirləri həyata keçirilir. Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulub, milli qanunvericiliyin BMT-nin və Avropa Şurasının konvensiyalarına uyğunlaşdırılması həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Akademiyanın yay kurslarında müntəzəm təhsil almaqda davam edirlər. 2014-cü ildə prokurorluğun iki əməkdaşı bu tədris ocağının magistraturasına daxil olaraq korrupsiyaya qarşı mübarizə sahəsində biliklərini inkişaf etdirirlər.

Tədbir çərçısində Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa Bürosunun (OLAF) Baş direktoru Covanni Kessler və Malayziya Krallığı Baş Naziri Aparatının Naziri cənab Paul Low Seng Kuan ilə keçirilmiş görüşlərin materialları hazırlanmış və görüşlərin təşkilinə dair müvafiq tədbirlər görülmüşdür.

2014-cü ildə Baş Prokurorluqda keçirilən görüşlərlə bağlı müvafiq materialların hazırlanması təmin olunmuşdur.

Belə ki, 21 yanvar 2014-cü il tarixində Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun Avropa Şurası Parlament Asambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt Font de Mora, Jozef Debono Qrex və Komitə katibi Aqneşka Naçilo ilə keçirilmiş görüşünün materialları hazırlanmışdır.

8 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti cənab Gerhard Yaroş ilə keçirilmiş görüşün materialları hazırlanmışdır.

19 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt Font de Mora, Jozef Debono Qrex və Komitə katibi Karolin Ravo ilə keçirilmiş görüşün materialları hazırlanmışdır.

19 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfiri xanım Haydrun Tempel ilə keçirilmiş görüşün materialları hazırlanmış və görüşün təşkilinə dair müvafiq tədbirlər görülmüşdür.

12-16 iyun 2014-cü il tarixlərində Belarus Respublikasının Baş prokuroru cənab Aleksandr Konyuk Azərbaycan Respublikasına səfər etmişdir. Qeyd olunan səfərlə bağlı Beynəlxalq əlaqələr idarəsi tərəfindən müvafiq Proqram layihəsi tərtib edilmiş və səfərlə əlaqədar digər zəruri təşkilatı tədbirlər görülmüşdür.

8 iyul 2014-cü il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcovun BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşi Ofisinin (UNODC) İcraçı Direktoru – Kabinet rəhbəri Roberto Arbitrio, Mütəşəkkil Cinayətkalıqla Mübarizə Bölməsinin rəhbəri Tofiq Mürşüdlü, Narkotiklərin Qarşısının Alınması və Səhiyyə Bölməsinin rəhbəri Gilberto Gerra, Avropa, Mərkəzi və Qərbi Asya Regional Bölməsində Azərbaycan üzrə əlaqələndirici nümayəndəsi Aisser Al-Hafedh və Terrorizmə qarşı Mübarizə Bölməsində Proqram əlaqələndiricisi Dolgor Solongonu ilə keçirilmiş görüşün materialları hazırlanmış və görüşün təşkilinə dair müvafiq tədbirlər görülmüşdür.

22 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasör ilə keçirilmiş görüşün materialları hazırlanmış və görüşün təşkilinə dair müvafiq tədbirlər görülmüşdür.

30 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun Türkiyə Respublikası Hərbi Məhkəməsinin Sədri, Tuğamiral Ahmet Zeki Limanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşün materialları hazırlanmış və görüşün təşkilinə dair müvafiq tədbirlər görülmüşdür.

10 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini cənab Rüstəm Usubovun Vyetnam Parlamentinin Hüquq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə keçirilmiş görüşün materialları hazırlanmış və görüşün təşkilinə dair müvafiq tədbirlər görülmüşdür.

23 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun Avropa Şurası İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks, onun müşaviri Anna Veber və Ofisinin direktor müavini Cankarlo Kadinale ilə keçirilmiş görüşün materialları hazırlanmış və görüşün təşkilinə dair müvafiq tədbirlər görülmüşdür.

Qeyd olunanlarla yanaşı 2014-cü il ərzində Baş Prokurorluğun əməkdaşlarının ölkədə təşkil olunan bir sıra təlimlərdə və tədbirlərdə iştirakı ilə əlaqədar Beynəlxalq əlaqələr idarəsi tərəfindən zəruri hazırlıq tədbirləri görülmüşdür.

Belə ki, 2014-cü ilin may ayının 20-də Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədov və Avropa Şurasının (AŞ) Baş katibi cənab Torbyorn Yaqlandın iştirakı ilə AŞ-nın Azərbaycan üzrə 2014-2016-cı illər üçün Fəaliyyət Planın təqdimat tədbiri keçirilmiş və həmin tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərov və Baş prokurorunun müavini – Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyevin iştirakı təmin olunmuşdur.

Azərbaycan Respublikası və Avropa Komissiyası arasında imzalanmış “Hərtərəfli İnstitusional Quruculuq Proqramının çərçivə sənədi üzrə Anlaşma Memorandumu”na uyğun olaraq Təlimçilər üçün təlim (ToT) proqramı çərçivəsində 09-13 iyun 2014-cü il tarixlərində Beynəlxalq əlaqələr idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin prokuroru Anar Tağıyev, Elm-tədris mərkəzinin İnsan hüquq və azadlıqlarının müdafiəsi problemləri kafedrasının rəisi Günay Əyyubova və Hüquqi təminat və informasiya idarəsinin böyük prokuroru Mahir Tağıyevin ADA Universitetində təşkil olunmuş kursda iştirakı təmin edilmişdir.

Göstərilənlərlə yanaşı, 2014-cü ilin keçən dövrü ərzində prokurorluq əməkdaşlarının ölkəmizdən kənarda keçirilən bir sıra beynəlxalq tədbirlərdə, seminarlarda və treninqlərdə iştirakı ilə əlaqədar idarə tərəfindən zəruri hazırlıq işləri aparılmışdır.

Belə ki, 27 yanvar – 7 fevral 2014-cü il tarixlərində İsveçrənin Cenevrə şəhərində “Cənubi Qafqaz ölkələrində beynəlxalq, regional və milli səviyyədə davamlı idarəetmə məsələləri” mövzusunda iki həftəlik təlimdə Beynəlxalq əlaqələr idarəsinin Ekstradisiya və Hüquqi yardım şöbəsinin prokuroru Fərizə Mirzəyevanın iştirakı təmin olunmuşdur.

11-12 fevral 2014-cü il tarixlərində Belarus Respublikasının Minsk şəhərində “Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin insan alverinə qarşı mübarizəyə yönəlmiş sosial, informasiya, təhsil və lisenziyalaşdırma siyasətinin formalaşdırılması və həyata keçirilməsinin ümumi prinsiplərini nəzərə almaqla insan alveri ilə əlaqədar cinayətlərin qarşısının alınması Konsepsiyası” layihəsinin müzakirəsi ilə bağlı ekspert qrupunun iclası keçirilmiş və tədbirdə Beynəlxalq əlaqələr idarəsi rəisinin müavini – Ekstradisiya və hüquqi yardım şöbəsinin rəisi Erkin Əlixanovun iştirakı təmin olunmuşdur.

27 fevral 2014-cü il tarixində Moldova Respublikasının Kişinyov şəhərində “Penitensiar sistemlərdə pis rəftar ilə bağlı şikayətlər mexanizminin səmərəliliyinin təmin edilməsi” adlı regional konfransda Baş Prokurorluğun Elm-tədris mərkəzinin böyük prokuroru Fərman Rzayevin iştirakı təmin olunmuşdur. Konfrans Avropa İttifaqı və Avropa Şurasının “Pis rəftara və cəzasızlığa qarşı mübarizənin gücləndirilməsi” adlı regional Birgə Proqramı çərçivəsində keçirilmişdir. Konfransda penitensiar müəssisələrdə baş verən pis rəftarın qarşısının alınması və səmərəli araşdırılmasına dair Avropa və beynəlxalq standartlar və iştirakçı ölkələrin məhbuslarla rəftar, onlara pis rəftardan şikayət etmək üçün mövcud olan vasitələr, həmçinin də pis rəftar ilə bağlı şikayətlərin və ya həbs müddəti ərzində baş verən pis rəftarın hər hansı başqa əlamətlərinin baxılmasının səmərəliliyinə dair irəliləyişlər müzakirə edilmişdir.

25 mart 2014-cü il tarixində Moldova Respublikasının Kişinyov şəhərində “Pis rəftara və cəzasızlığa qarşı mübarizənin gücləndirilməsi” Birgə Proqramının Təşkilat Komitəsinin yekun iclasında Baş Prokurorluğun Elm-tədris mərkəzinin böyük prokuroru Fərman Rzayevin iştirakı təmin olunmuşdur. İclasda “Avropa İnsan Hüquqları Konvensiyası və Polis” təlimat kitabçasının təqdimatı keçirilmişdir.

8-9 aprel 2014-cü il tarixlərində Belarus Respublikasının Minsk şəhərində MDB İcraiyyə Komitəsinin “Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin insan alverinə qarşı mübarizəyə yönəlmiş sosial, informasiya, təhsil və lisenziyalaşdırma siyasətinin formalaşdırılması və həyata keçirilməsinin ümumi prinsiplərini nəzərə almaqla insan alveri ilə əlaqədar cinayətlərin qarşısının alınması Konsepsiyası” layihəsinin müzakirəsi ilə bağlı ekspert qrupunun növbəti iclası keçirilmiş və tədbirdə Beynəlxalq əlaqələr idarəsinin rəis müavini-Ekstradisiya və hüquqi yardım şöbəsinin rəisi Erkin Əlixanovun iştirakı təmin olunmuşdur.

8-9 aprel 2014-cü il tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində “İnsan alverinə qarşı mübarizə - I Mərhələ” adlı layihə çərçivəsində keçirilmiş seminarda Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Fərrux Babayevin iştirakı təmin olunmuşdur.

13-14 may 2014-cü il tarixlərində Astana şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) Mərkəzi Asiya nümayəndələri ilə birgə “Əfqanıstandan şimal istiqamətində narkotik maddələrin ticarət marşrutları üzrə tranziti və paylanması baş verən ölkələrin prokurorlar və mərkəzi orqanlar arasında hüquqi yardımın yaradılması və möhkəmləndirilməsi” mövzusunda birinci beynəlxalq işçi seminarı keçirilmiş, tədbirdə Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Novruz Hacıyev və Beynəlxalq əlaqələr idarəsinin Ekstradisiya və Hüquqi yardım şöbəsinin prokuroru Fərizə Mirzəyevanın iştirakı təmin olunmuşdur. Seminar zamanı iştirakçı dövlətlər qanunvericilik, iş metodikası sahəsində təcrübə mübadiləsi aparılmışlar. Tədbirdə  Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan, Böyük Britaniya, Almaniya, İran, Niderland, Norveç, Rusiya Federasiyası, ABŞ və İsveçdən prokurorlar, həmçinin beynəlxalq qurumlardan UNODC-nin ekspertləri, EUROJUST, EUROPOL (CARIN), FATF, EAG və MDB iştirakçı dövlətlərin BPƏŞ-in nümayəndələri iştirak etmişlər.

12-16 may 2014-cü il tarixlərində Avstriyanın Vyana şəhərində keçirilmiş BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi komissiyasının 23-cü sessiyasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasovun iştirakı təmin edilmişdir.

28-30 may 2014-cü il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Cinayət Polisi Təşkilatı – İNTERPOL-a üzv ölkələrin aidiyyəti qurumlarının Kibercinayətkarlıqla mübarizə üzrə bölmə rəhbərlərinin Avrasiya İşçi Qrupunun ikinci iclası keçirilmiş və tədbirdə Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti Əminə Ağazadənin iştiraki təmin edilmişdir. Tədbirdə kibercinayətkarlıqla mübarizə sahəsində məlumat və qabaqcıl təcrübə mübadilələri, habelə ölkələr arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuş və iclasda kibercinayətkarlıqla mübarizə üzrə ixtisaslaşmış qurumların bölmə rəhbərləri və onların müavinləri, habelə prokurorlar iştirak etmişlər.

2-3 iyun 2014-cü il tarixlərində Avropa Şurası ilə Avropa İttifaqının Kibercinayətkarlıq üzrə Qlobal Fəaliyyət layihəsi (GLACY) çərçivəsində Buxarestdə keçirilmiş ədliyyə sahəsindəki təlim konsepsiyaları mövzusundakı tədbirdə Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini – Ekstradisiya və hüquqi yardım şöbəsinin rəisi Erkin Əlixanovun iştirakı təmin edilmişdir.

17-18 iyun 2014-cü il tarixlərində Strasburq şəhərində keçirilmiş hüquqşünaslar üçün tədris məşğələlərində Baş prokurorun köməkçisi Günay İsmayılovanın və Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Ceyhun Kazımovun iştirakı təmin edilmişdir.

23 iyun – 4 iyul 2014-cü il tarixlərində Niderland Krallığının Haaqa şəhərində yerləşən Leiden Universitetinin Beynəlxalq Cinayət Hüququ üzrə yay məktəbində Beynəlxalq əlaqələr idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin prokuroru Fərizə Mirzəyevanın iştirakı təmin olunmuşdur.

23-27 sentyabr 2014-cü il tarixlərində Tacikistan Respublikasının Duşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prokurorluğunu tədbirdə Baş prokurorun müavini – Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Ruslan Hacıyev, həmin idarənin Ekstradisiya və hüquqi yardım şöbəsinin böyük prokuroru Marina İsmayılova və Beynəlxalq-hüquqi əməkdaşlıq və protokol xidmətinin prokuroru Elnur Eyvazov təmsil etmişlər.

9-10 oktyabr 2014-cü il tarixlərində Strasburqda insan alveri işləri üzrə ixtisaslaşan hakimlər və prokurorlar üçün təşkil olunmuş seminarda Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcovun iştirakı  təmin olunmuşdur.

3-6 noyabr 2014-cü il tarixlərində HELP Proqramı çərçivəsində Fransanın Strasburq şəhərində təşkil olunmuş Təlimçilər üçün təlim tədbirində Elm-Tədris Mərkəzinin İnsan hüquqları və azadlıqlarının müdafiəsi problemləri kafedrasının rəisi Günay Əyyubovanın iştirakı təmin olunmuşdur.

6-7 noyabr 2014-cü il tarixlərində “GITI 2014 – Gələcəyin informasiya texnologiyaları” adlı 7-ci regional konfransda Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidmətinin rəhbəri Murad Dadaşovun və Elm-tədris Mərkəzinin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun baş məsləhətçisi Rövşən İbadovun iştirakı təmin olunmuşdur.

13-14 oktyabr 2014-cü il tarixlərində Qırğızıstan Respublikanın paytaxtı Bişkek şəhərində inzibati hüquqa dair “İnzibati ədliyyə dövlət idarəetməsi və davamlı iqtisadi inkişafın müasirləşdirilməsinin zəmanəti kimi” adlı elmi-praktiki konfransda Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsi rəisinin müavini Mübariz Əhmədov və Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru Xətai Məmmədovun iştirakı təmin edilmişdir.

9-11 dekabr 2014-cü il tarixlərində “Transmilli və ağır xarakterli cinayətlərin qarşısının alınması üçün ölkələrdə potensialın möhkəmləndirilməsi” beynəlxalq proqramı çərçivəsində keçirilmiş dəyirmi masada Beynəlxalq əlaqələr idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin prokuroru Anar Tağıyevin və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Novruz Hacıyevin iştirakı təmin edilmişdir.

25-26 noyabr 2014-cü il tarixlərində “Qaçqın himayəsinə xələl gətirmədən milli təhlükəsizlik maraqlarının qorunması” mövzusunda Gürcüstan Respublikasının Tbilisi şəhərində təşkil olunmuş dəyirmi masada Beynəlxalq əlaqələr idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin prokuroru Fərizə Mirzəyevanın iştirakı təmin edilmişdir.

30 noyabr 2014-cü il –3 yanvar 2015-ci il tarixlərində Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq-hüquqi əməkdaşlıq və protokol xidmətinin prokuroru Elnur Eyvazovun Almaniya Federativ Respublikasının Berlin şəhərində “Humboldt-Institut”da təşkil olunmuş “Alman dili xarici dil kimi” kursunda iştirakı təmin edilmişdir.

15-17 dekabr 2014-cü il tarixlərində Malta Respublikasının Valetta şəhərində BMT-nin Terrorizmə qarşı Baş İcraiyyə Komitəsinin təşkilatçılığı ilə “Xarici terrorçuların ittiham çətinlikləri” mövzusunda keçirilmiş tədbirdə Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq-hüquqi əməkdaşlıq və protokol xidmətinin rəhbəri İsmayıl Qayıbovun iştirakı təmin edilmişdir.

16-17 dekabr 2014-cü il tarixlərində “Prokurorlar və istintaq qurumları arasında münasibətlər